Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 Fevral

2016
11:33
2725
Təyyarələr bu ölkəyə pul daşıyır – 720% İNFLYASİYA

Son aylar Venesuelada baş verən kəskin inflyasiya və milli valutanın sürətlə dəyərdən düşməsi ölkədə pul qıtlığı yaradıb. Nəticədə xaricdən ölkəyə təyyarələrlə pul daşınır.

Fins.az-ın “The Wall Street Journal” nəşrinə istinadən yaydığı məlumata görə, son bir neçə ayda ölkəyə milli valyuta – bolivarla yüklənmiş 30 təyyarə gəlib. Venesuala prezidenti Nikolas Maduro 2015-ci ilin yayından indiyədək azı 5 milyardlıq banknotun hazırlanması barədə sifariş verib. Əlavə daha 10 milyard banknotun çapı üçün isə danışıqlar aparılır.

Pul  salfet kağından da ucuzdur

Venesuala Mərkəzi Bankının məlumatına görə, son 1 ildə dövriyyədəki əskinasların  sayı 1,5 dəfə artaraq 12 milyard bolivarı keçib. İndi isə ölkə iqtisadiyyatını yüksək inflyasiyadan qorumaq üçün əlavə banknotlara ehtiyac yaranıb və son nəticədə ölkədəki nağd pul kütləsinin həcmi daha 2 dəfə artacaq. Özü də 2, 5, 10 və 20 sbolivarlıq pulların çapı həmin pulların özündən baha başa gəldiyinə görə, yeni pullar 50 və 100-lük nominalda sifariş edib. Yeri gəlmişkən, öl ölkədə pul o qədər ucuzlaşıb ki, 2 bolivarlıq əskinaslar salfet kağızından da ucuzdur.

Pulu xaricdə çap etdirir

Ən pisi də odur ki, Venesuela lazım olan pulu özü çap edə bilmir. Çünki ölkədə banknot hazırlamaq üçün lazımi kağız və metal yoxdur. Buna görə də, hökumət pulu xaricdə, istənilən qiymətə sifariş verməyə məcburdur. Hazırda bu məsələ ilə bağlı Böyük Britaniya, Almaniya, Kanada, ABŞ, Fransa və İsveçrə şirkətləri ilə əməkdaşlıq edilir. Çünki, 10 milyardlıq sifarişi yerinə yetirmək üçün bir şirkətin imkanları kifayət etmir və bu baxımdan Venesuelanın düşdüyü vəziyyət bir sıra liderlərin diqqətini cəlb edib.

720% inflyasiya olacaq

İqtisadçılar hesab edirlər ki, belə vəziyyətdə dövriyyəyə yeni pulların buraxılması Venesuelada böhranı daha da dərinləşdirə və inflyasiyanı sürətləndirə bilər. Beynəlxalq Valyuta Fondunun qiymətləndirməsinə görə, bu il ölkədə qiymət artımı 720%-ə çatacaq və dünyada ən yüksək göstərici olacaq.

Yeri gəlmişkən, 2015-ci ilin ilk 9 ayında ölkədə inflyasiya 141% olub. 4-cü rübdə isə qiymətlər daha 68% qalxıb.

Dolları «imperialistlər» bahalaşdırıb

Belə vəziyyətdə ölkədə xarici valyuta- xüsusilə dollar sürətlə bahalaşır. Bu həftə Venesuelanın «qara bazarı»nda ABŞ dollarının məzənnəsi ilk dəfə 1000 bolivarı keçib. Hakimiyyət bəyan edir ki, yüksək inflyasiya ölkədə sabitliyi pozmaq qərb imperialistlərinin fəaliyyətinin nəticəsidir.

Gəlirlərinin 96%-i neftdəndir

Xatırladaq ki, Venesuelanın əsas gəlir mənbəyi neftdir. Ölənin xarici ixracdan qazandığı hər 100 dolların 96 dolları neftin payına düşür. Ölkədə satılan malların 70%-i isə xaricdə istehsal olunanlardır.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakı metrosunda sərnişinin halı pisləşib

18

Avqust
11:23
HÜQUQ,HADİSƏ
101

Şəmkirdəki yanğının DƏHŞƏTLİ TƏFƏRRÜATI

18

Avqust
11:12
HÜQUQ,HADİSƏ
1709

Azərbaycan neftinin qiyməti 62 dollara yaxınlaşıb

17

Avqust
13:00
İQTİSADİYYAT
267

Sabah Bakıda 34 dərəcə isti olacaq

17

Avqust
11:09
ÖLKƏ
1166

Dünya bazarlarında neft bahalaşıb

17

Avqust
10:12
İQTİSADİYYAT
335
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-08-2019 14:56



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru