Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

01 Fevral

2016
15:17
İlk baxışda bu adi bir dələ şəklidi, ancaq diqqətlə baxanda… FOTO-VİDEO

Bəzən ciddi xəstəlikləri olan insanlara baxırsan və onların iradələrinə heyran qalmaya bilmirsən. FaktXeber.com olaraq bu gün oxucularımıza tanıdacağımız Pol Smit də belə şəxslərdəndir. O, ağır beyni iflici xəstəliyi ilə dünyaya gəlib. Lakin müəyyən vaxt ərzində özündə çap maşınları ilə şəkil çəkmə istedadını kəşf edir və bu bacarığı inkişaf etdirmək qərarına gəlir.

Şəkillərə baxanda insanlarda ilk baxışda elə təəssürat yaranır ki, bu, karandaşla çəkilib. 

Diqqətlə baxdıqda isə kiçik  @ # $ % ^ & * ( ) _ . işarələrini görmək olur.

Pol sağ əli ilə sol əlini tutaraq məhz onların köməyi ilə bu heyrətamiz əsərləri yaradıb.

Çəkmə prosesinə baxanda Polun hər bir hərəkət üçün nə qədər əziyyət çəkdiyini görmək olur.

Elə nitqi ilə də onun hər zaman problemi olub. Lakin inanılmaz iradə gücü sayəsində artıq onun üçün imkansız heç nə yoxdur.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-09-2018 18:27



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com