Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 Yanvar

2016
10:47
4052
Gürcüstandan mal-qara idxalı niyə qadağan olundu?
Ət mafiyasının oyunu, yoxsa xəstəlik...

Gürcüstandan Azərbaycana diri heyvan və heyvan mənşəli məhsulların idxalı rəsmən müvəqqəti qadağan edilib. Buna səbəb qonşu ölkədə xırda və iribuynuzlu mal-qara arasında göydil virusunun yayılması göstərilir.

Qeyd edək ki, məlumat Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarət Xidmətindən verilib. Qurum bununla bağlı Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından rəsmi məlumatın daxil olmasını gözləyir. Bu məlumat daxil olduqdan sonra Dövlət Baytar Müfəttişinin əmri ilə Gürcüstandan diri heyvan və heyvan mənşəli məhsulların idxalına rəsmən müvəqqəti qadağa qoyulacaq və bununla bağlı Azərbaycanın müvafiq dövlət qurumları məlumatlandırılacaq.

Mətbuatda yayılan bu məlumat əhali tərəfindən birmənalı qarşılanmayıb. Bəziləri bunun yerli ət monopoliyasının başında duran oliqarxların oyunu kimi qiymətləndirib. Belə ki, ölkədə yüksək rütbəli məmurların ət biznesində iştirak etməsi, özlərinin mal-qara sürülərinin olması sirr deyil.

Məsələyə  aydınlıq gətirmək üçün Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli ilə əlaqə saxladır. Y.Xanvəli “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, məsələ ilə əlaqədar hazırda müzakirələr gedir, qadağa ilə bağlı qərar verilməyib: “Gözlənilir ki, beynəlxalq bürodan məlumat daxil olsun. Bizim mütəxəssislər onu müzakirə etdikdən sonra qərar verə bilər. Ancaq Gürcüstanda heyvanlarda göydil xəstəliyi var, bu xırdabuynuzlu heyvanlarda qara isitmə ilə müşahidə olunur. Bu xəstəlik Gürcüstanda, Tiflis yaxınlığında  4 məntəqədə qeydə alınıb. 

Lakin bu barədə hələ ki rəsmi məlumat verilməyib. Rəsmi məlumat olandan sonra bu məsələlər bizim mütəxəssislərimiz tərəfindən araşdırılacaq və müəyyən qərar qəbul ediləcək. Gürcüstandan bizə gətirilən mal-qara elə də çox deyil, cəmi bir faizdir. Əsasən diri formada qoyunlar gətirilir. Sonuncu dəfə yanvar ayından əvvəl Gürcüstandan heyvan idxal olunub. Bizdə bu məlumat öncədən olduğu üçün yanvar ayında bu ölkədən heyvan idxalını dayandırmışıq. Yanvarın 1-dən heç bir məhsul almamışıq. Əgər gətirilərsə, həmin heyvanlar bir müddət karantində saxlanılır, daha sonra müxtəlif xəstəliklərə görə vaksinasiya olunur, daha sonra sahibinə təqdim edilir”.

Məsələyə münasibət bildirən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə bildirdi ki, belə bir xəstəlik varsa, idxalın dayandırılması normal bir addımdır: “Azərbaycan ekspertizası, dünya ekspertizasının arxasınca sürünür. Mən bu yaşına qədər görməmişəm ki, Azərbaycanda hansısa xəstəlik müəyyən edilə və başqa ölkələrə də xəbər verilə ki, belə bir xəstəlik var. Əlbəttə, Baytarlıq Komitəsi başqa ölkələrdən, xüsusən beynəlxalq qurumlardan məlumat alır və bu əsasla qadağa qoyur. Bu da müsbət bir haldır. Həmçinin ölkə daxilində də ciddi yoxlamalar getməli, axtarışlar aparılmalıdır. Gömrükdə də yoxlamalar gücləndirilməlidir ki, sağlam heyvanlar ölkəyə buraxılsın. Əks halda ölkədə ət defisiti ola bilər. Azərbaycanda ətin qiyməti yuxarıdır ki, bu da əhalinin narazılığına səbəb olur. Mən təklif edirəm ki, ətə qoyulan gömrük rüsumları götürülsün ki, ətin qiyməti ucuzlaşsın”.

E.Hüseynov belə xəstəlik xəbərlərinin ət mafiyasının oyunu olması ehtimalını da istisna etmədi: “Ümumiyyətlə MDB məkanında belə oyunlar çox olur. Yəni inhisarçı qurumlar dövlət orqanları ilə əlaqəyə girir. Bu praktika var və MDB məkanında geniş yayılıb. Bu cür hallar istisna olunmur. Hazırda ölkə başçısı əhalinin sosial müdafiəsinə doğru yönəlmiş müəyyən işlər görür və yerli istehsalı artırmaq istəyir. Ət məsələsində də elə iş aparmaq lazımdır ki, bazarda bolluq olsun”.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Yol polisindən “plyonka xəbərdarlığı"

26

İyun
14:05
NƏQLİYYAT
2040

Azərbaycan nefti cüzi bahalaşıb

26

İyun
12:26
İQTİSADİYYAT
2158

Sabahın hava proqnozu açıqlanıb

26

İyun
12:22
ÖLKƏ
1827

Günün qarşılaşmaları TV AFİŞA

26

İyun
12:08
İDMAN
579

Fazil Məmmədovun səhhəti pisləşdi

26

İyun
10:44
ÖLKƏ
141

Neft kəskin bahalaşıb

26

İyun
09:53
İQTİSADİYYAT
1947

“Ata Holding” zərərlə işləməyə başlayıb

26

İyun
09:50
İQTİSADİYYAT
112

Jurnalist Fuad Abbasov Azərbaycana deportasiya olunub

25

İyun
22:44
HÜQUQ,HADİSƏ
132
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-06-2019 18:11



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru