Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 Yanvar

2016
16:37
1865
`Azərbaycanın maliyyə yardımı istəməsi yalandır` - İlham Əliyev

Prezident İlham Əliyev Azərbaycanın xarici maliyyə qurumlarından yardım istəməsi ilə bağlı son günlərdə xarici mətbuatda gedən yazıların yalan olduğunu bildirib.

Bunu ölkə başçısı gənclərlə bu gün keçirdiyi görüşdə deyib. Prezident həmçinin yeni iqtisadi şəraitdə həyata keçiriləcək geniş özəlləşdirmə proqramının sahibkarlığın inkişafına güclü dəstək verəcəyini bildirib.

Qeyd edək ki, son günlər mətbuatda Azərbaycanın Dünya Bankından 4 milyard kredit alacağı ilə bağlı yayılan xəbərlər yayılıb. Dünən isə maliyyə naziri Samir Şərifov Azərbaycanın BVF və DB-dən kredit cəlb etmək niyyətində olmadığını bəyan etmişdi. 

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-02-2019 01:43



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com