Azərbaycanda benzinin qiyməti dəyişəcək?

Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 Yanvar

2016
12:09
5204
Azərbaycanda benzinin qiyməti dəyişəcək?

Son günlər dünya bazarında neftin qiymətində əvvəlki günlərlə müqayisədə artım qeydə alınsa da , bu əvvəlki səviyyədə deyil.

anspress-in xəbərinə görə hazırda dünya bazarında brent markalı neftin qiyməti 34.36, "Azərilayt" ın qiyməti isə 35.98 dollardır.

Dünya bazarında qara qızılın qiymətinin ucuzlaşması fonunda gündəmə gələn məsələlərdən biri də benzinin qiymətində dəyişikliyin ola biləcəyi ilə bağlıdır.

Hazırda Azərbaycanda yalnız Aİ-92 markalı benzin istehsal olunur. Aİ-95 və Aİ-98 markalı benzinlər isə xaricdən idxal olunur.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabanın sözlərinə görə hazırkı dövrdə qiymətdə dəyişiklik edilməsi səmərəli deyil. Əgər benzinin qiyməti ucuzlaşarsa, o zaman büdcə gəlirləri azalacaq.

“Əgər yanacağın qiyməti artırılarsa bu büdcəyə, eləcə də əhaliyə böyük zərbədir. Təsəvvür edin ki yanacaq bahalaşarsa, yemək də, ərzaq da, geyim də, ümumiyyətlə bazarda nə varsa hamısı bahalaşacaq. Bu da büdcədə yenə kəsirlərə ,ixtisarlara səbəb oalacq. Ona görə hökumət qiyməti tənzimləməyə çalışır”.

İqtisadçı ekspert Samir Əliyev isə belə düşünmür. O, hesab edir ki yanacağın ucuzlaşdırılması ölkədə daşınma xərclərini əhəmiyyətli dərəcədə aşağı sala bilər. Bu da öz növbəsində malın, xüsusilə də kənd təsərrüfatı məhsullarının maya dəyərini azaldar. Onun sözlərinə görə hazırda dünya bazarında neftin qiyməti 2007-ci il səviyyəsindən təxminən 2 dəfə, 2013-cü il səviyyəsindən isə 3,5 dəfə aşağıdır. Ancaq Azərbaycanda qiymətlər hələ də 110 dollarlıq neft qiymətinədir”.

Hazırda Qazaxıstanda Aİ -95 markalı benzin 0,35 avro, Aİ-98 benzini 0,38 avro, dizel 0,26 avrodur. Rusiyada isə Aİ-95 benzini 0,44 avro, Aİ-98 benzini 0,50 avro, dizel 0,42 avroya satılır.

Azərbaycanda Aİ-92 benzini( 0.70 AZN) ,Aİ -95 benzini 0,47 avro,(0.80 AZN) (dizel isə 0,35 (0.60 AZN) avroya bərabərdir.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyevin verdiyi məlumata görə hazırda yerli istehsallı yanacağın tarifində hər hansı bir dəyişiklik gözlənilmir.

"Tarif Şurası yanacağın qiyməti ilə bağlı müzakirələr aparmayıb. Ona görə də yeni bir məlumat deyə bilməyəcəm. O ki, qaldı xaricdən idxal olunan yanacağın qiymətində hər hansı bir dəyişikliyə, bu istisna deyil. Sizə də bəllidir ki o yanacağın qiyməti dünya bazarına görə tənzimlənir. Tarif şurasının burda bir rolu yoxdur”.

SOCAR isə bildirib ki, hazırkı vəziyyətdə benzinin qiymətinə dəyişiklik edilə bilməz. Neftin yerli istehsal olmasına baxmayaraq, onun qiymətinin qaldırılması və ya ucuzlaşdırılması gündəmdə deyil.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-08-2018 10:31



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com