Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 Yanvar

2016
20:12
2958
Türkiyədə `donuz qripi`ndən 57, Rusiyada isə 107 nəfər ölüb

İlin əvvəlindən Türkiyədə "donuz qripi" virusundan 57 nəfər ölüb. Bu barədə ölkənin Səhiyyə Nazirliyini məlumat verir.

İndiyədək "donuz qripi" Giresun və Diyarbəkir vilayətlərində aşkar edilib.

Bu dövrdə Türkiyə xəstəxanalarına "donuz qripi" şübhəsi ilə aralarında xarici vətəndaşların da olduğu 3 mindən çox şəxs müraciət edib.

2016-cı ildən 471 Türkiyə vətəndaşında bu virus aşkar edilib.

Rusiyada isə "donuz qripi"ndən ölənlərin sayı 100 nəfəri keçib.

Federasiyanın səhiyyə naziri Veronika Skvortsova bu rəqəmin 2009-cu ildəki epidemiya vaxtı qeydə alınan göstəricidən xeyli aşağı olduğunu deyib.

Xanım V.Skvortsova bildirib ki, ötən gün ölkədə bu virusdan ölənlərin sayı 107 nəfərə çatıb. Onlardan 4-ü hamilə qadın, 8-i isə uşaq idi.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-07-2018 11:24



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com