Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 Yanvar

2016
18:40
Bananda yolxucu xəstəlik qorxusu - FOTO

Neçə vaxtdır sosial şəbəkələrdə bananla bağlı yayılan və müzakirələrə səbəb olan fotolar insanlar arasında təşvişə səbəb olub. Anspress-in məlumatına görə, fotolardan da görünür ki, bananın içərisində qan laxtaları var. Bunun kim və hansı üsullu banana yeridilməsi məlum olmasa da, bu barədə gəzən söz-söhbətlər o qədər də ürək açan deyil. Deyilənlərə görə, bu, yoluxucu xəstəlik tutan insanlar tərəfindən həyata keçirilir. Buna səbəb isə xəstəlik tutmuş insanın digər insanları da bu xəstəliyə yoluxdurmaq istəyidir.

Tibb Elmləri doktoru, həkim Adil Qeybulla deyir ki, bu hal cəmiyyətdə yaranmış ilk hal deyil: "Yoluxucu xəstəlik daşıyıcılarında belə bir psixologiya var ki, o, hər hansı bir xəstəliyə tutulubsa, digərləri də tutulmalıdır. Ona görə vərəm xəstələri qəpikləri ağızlarına vurub, hara gəldi atırlar ki, onu götürənlər də bu xəstəlik tutsunlar. Ağız yolu ilə keçən xəstəliklər yalnız bu şəkildə yayıla bilər. Buraya bağırsaq çöpləri də aiddir". 

Həkim deyir ki, banan kimi meyvəyə bu laxtalar gövdəsindən, zoğundan daxil ola bilməz. "Meyvənin içərisində kənar cismin olması yalnız yeridilmə yolu ilə mümkündür. Yəni, bu kənardan müdaxilə ola bilər. Həmin yad cismin yoluxucu xəstəlik olub-olmaması və ya bananı yeyərkən xəstəliyin insana keçib-keçməməsini, onu araşdırdıqdan sonra demək olar. Əgər o qan laxtasında hepatit, QİÇS varsa, bunun ağız vasitəsilə keçməsi mümükün deyil. Amma başqa tip yoluxucu xəstəliklər var ki, onlar ağız vasitəsilə rahatlıqla yayıla bilər". 

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarət Xidmətinin mətbuat katibliyindən də hələlik banandakı ləkələrlə bağlı nə isə deməyin mümkün olmadığını deyir. Ümumiyyətlə banan daxilindəki ləkənin qan izi olmasını da söyləmək mümkün deyil. Lakin bir çox göbələk xəstəlikləri zamanı belə rəngli konnidilər əmələ gəlir. 

Qurum rəsmisi hələlik bununla bağlı Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarət Xidmətinə heç bir müraciət daxil olmadığı deyir. "Əgər həmin banandan kimdəsə varsa, göndərsin. Xidmətin əməkdaşları meyvəni laborator analizdən keçirərək, meyvədə hansı xəstəlik daşıyıcı olduğunu müəyyənləşdirsinlər, sonra isə bu barədə konkret fikir səsləndirək.

Yalnız onu deyə bilərik ki, ölkəyə idxal olunan banan və digər meyvə məhsullarının bir neçə şərtlərə cavab verdiyi müəyyən etdikdən sonra idxalına icazə verilib. Ola bilsin ki, meyvə anbarlarda uzun müddət saxlanıldığı üçün hansısa göbələk xəstəliyinə yoluxub, sahibkar isə meyvəni bazara satışa çıxaran zaman bu barədə məlumatsız olub. İstehlakçı da xarab olmuş bananı alıb". 

Nazirlikdən sonda onu da əlavə etdilər ki, əgər vətəndaşlar meyvə-tərəvəz məhsulları alan zaman xoşagəlməz hallarla rastlaşarlarsa, o zaman dərhal Dövlət Fitosanitar Nəzarət Xidmətinə müraciət etsinlər. 

Meyvə, tərəvəz, ət vasitəsilə insanların yoluxucu xəstəliyə tutulması dünya təcrübəsində də var. A.Qeybulla deyir ki, bir vaxtlar Almaniyada insanların sürətlə yoluxucu xəstəliyə tutulması halı aşkar olunub. Məlum olub ki, bu xiyardan keçən bağırsaq çöpləridir. Araşdırmalar nəticəsində bəlli olub ki, suvarma zamanı səpilən gübrələrin tərkibində bağırsaq çöpləri olub və bu zoğ vasitəsi ilə xiyarlara keçib. Nəticədə kütləvi xəstəlik yayılıb. 

Bir müddət əvvəl də paytaxt Bakıda da bənzər hadisə yaşanmışdı. Belə ki, virus daşıyıcıları ehtimal olunan şəxslər əllərindəki şprisi insanlara batırırdılar. Ehtimal olunurdu ki, bu insanlar virusu başqalarına ötürmək istəyirdilər. Belə hallara, hətta, avtobuslarda da rast gələnlər olub.

Bu meyvədən əsasən uşaq və körpələrin qida rasionunda istifadə edildiyini nəzərə alsaq bananla bağlı problem dərhal araşdırılmalı, meyvənin ayrı-ayrı yerindən nümunələr götürülməli, davamlı elanlar verilməlidir ki, əhali ehtiyatlı olsun. Əgər xaricdən gətirilən bananlarda bu cür yoluxucu xəstəliklər aşkar olunarsa, məsələni beynəlxalq müstəvidə həll etməli, əgər ölkəmizdə meyvəyə yad cisimin yeridilməsi aşkar olunarsa, o zaman ölkədaxili cinayətkarları tapıb, onları cinayətə cəlb etmək lazımdır.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
43069

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
41383

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
42947

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
42462

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
47993

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
42409

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
42803
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-09-2020 02:45





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru