Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 Yanvar

2016
16:53
2068
Səhiyyə Nazirliyi: 100-dək uşaq ürək əməliyyatı üçün növbə gözləyir

M.A.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinin Uşaq Cərrahiyyə Mərkəzində 2011-ci ildən indiyədək mindən artıq uşaq ürək əməliyyatı edilib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bu əməliyyatların 100-ü qapalı, qalanları isə açıq ürək əməliyyatları olub. Mərkəzdə uşaqların kardiocərrahiyyə əməliyyatları müvafiq növbə əsasında həyata keçirilir. Aparılan əməliyyatlar beynəlxalq norma və standartlar səviyyəsindədir. Bütün əməliyyatların təchizatı tamamilə dövlət hesabına, ödənişsiz həyata keçirilir.

Mərkəzdə həyata keçirilən uşaq ürək əməliyyatlarının sayı artır. Əgər fəaliyyətə başladığı ildə burada 72 uşaq əməliyyat olunmuşdusa, 2015-ci ildə bu göstərici 300-ü aşıb.

Həyata keçirilən tədbirlər nəticəsində ürək əməliyyatı gözləyən uşaqların sayı azalıb. Əgər 2011-2012-ci illərdə Azərbaycanda 700-800 uşaq kardiocərrahiyyə əməliyyatı üçün növbə gözləyirdisə, indi bu göstərici 100-ə qədər enib.

Məlumatda bildirilir ki, bütün dünya ölkələrində uşaqların anadangəlmə ürək qüsurlarına rast gəlinir. Dünyada doğulan hər min uşağın orta hesabla 8-12-də bu və ya digər ürək qüsuruna təsadüf edilir. Qüsurun yaranmasının əsas səbəbləri ananın keçirdiyi infeksion xəstəliklər, ətraf mühitin çirklənməsi və s. amillərdir. Bu və ya digər amillərin təsiri nəticəsində ana bətnində uşağın ürəyinin pərdələri arasında defekt, qapaqların və ya damarların qüsuru formalaşır. Bəzən ürəyin bir deyil, bir neçə qüsuru yaranır. Keçən əsrin 20-ci illərindən başlayaraq ürək qüsurunun aradan qaldırılması üzrə əməliyyatların aparılması uşaqların həyat fəaliyyətinin normallaşdırılmasına şərait yaradıb.

Qeyd edək ki, Elmi-Cərrahiyyə Mərkəzinin Uşaq Cərrahiyyə Mərkəzi 2008-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncam və Səhiyyə Nazirliyinin müvafiq əmri əsasında yaradılıb. 2011-ci ildən Elmi-Cərrahiyyə Mərkəzinin Uşaq Cərrahiyyə Mərkəzində ürək əməliyyatlarının keçirilməsinə başlanılıb.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"Azərsu" ASC-nin su boruları oğurlanıb

24

Avqust
14:23
ÖLKƏ
222

Günün qarşılaşmaları TV AFİŞA

24

Avqust
14:14
İDMAN
145

Hövsanda su çatışmazlığı: sakinlər etiraz edir

24

Avqust
14:10
HÜQUQ,HADİSƏ
177

Azərbaycan nefti ucuzlaşıb

24

Avqust
11:42
İQTİSADİYYAT
210

Xəzər dənizində zəlzələ olub

24

Avqust
10:33
HÜQUQ,HADİSƏ
242

Hirkan Milli Parkındakı yanğın tam söndürüldü

24

Avqust
10:10
HÜQUQ,HADİSƏ
229

Şagird sayı 20 nəfərdən az olan 290 məktəb var

23

Avqust
16:09
ELM / TƏHSİL
797

Azərbaycanın xarici dövlət borcu açıqlanıb

23

Avqust
14:39
İQTİSADİYYAT
602
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-08-2019 00:06



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru