Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 Yanvar

2016
16:08
3093
Qənirə Paşayeva AŞ PA-nı kəskin tənqid etdi

Millət vəkili Qənirə Paşayeva bu gün AŞ PA-da "Aralıq dənizi: qanunsuz miqrasiya üçün əsas qapıdır" adlı sənədin müzakirəsi zamanı çıxış edib.

Millət vəkili deyib: "Mən bir neçə gün əvvəl Türkiyədə Suriya və İraqdan olan köçkünlərlə görüşdüm. Türkiyə onlar üçün bir ümid, bir xilas qapısıdır. Avropa və Avropa Şurası, onun Parlament Assambleyası 2014-cü ildə dünyada ən çox köçkünün sığındığı ölkə olan Türkiyəyə daha çox dəstək olmalıdır və biz Assambleyanı buna çağırırıq. Çünki köçkünlər məsələsində Avropanın Türkiyəni maddi və mənəvi anlamda tək buraxdığını görürük".

Q.Paşayeva bildirib ki, Türkiyənin köçkünlərlə bağlı 9 milyard dollara yaxın xərcləri yanında beynəlxalq ictimaiyyətin, Avropanın 455 milyon dollar yardımı çox azdır və Avropa dəstəyini artırmalıdır: "Eyni zamanda müzakirə etdiyimiz məruzədə Türkiyədə köçkünlərin sayı 1,9 milyon göstərilib, amma rəsmi rəqəmlər 2,5 milyondur. Məruzəçinin bunu düzəltməsi vacibdir. Türkiyə köçkünləri qəbul etdiyi zaman etnik və dini kimlik ayrımı qoymur. Amma təəssüf ki, bu münasibəti bir çox Avropa ölkələrində görə bilmirik. Biz onları Türkiyədən örnək almağa və köçkünləri qəbul etdiklərində və dəstək göstərdiklərində etnik və dini kimlik ayrımı etməməyə çağırırıq. Bir neçə gün əvvəl Suriya və İraqdan köçkün düşmüş türkmənlərlə, onların təmsilçiləri ilə görüşdüyümüz zaman onlar bizdən səslərini burada duyurmağımızı istədilər. Köçkün düşmüş bu qardaşlarımız Avropanı onları köçkün salan səbəblərlə daha aktiv mübarizəyə çağırdılar".

Millət vəkili əlavə edib ki, səbəblərlə mübarizə güclənməzsə, köçkün sayı daha da artacaq və daha böyük problemlər ortaya çıxacaq: "Assambleya ötən gün “Azərbaycanın işgal edilmiş Dağlıq Qarabağ və digər bölgələrində vəziyyətin gərginləşməsi” adlı məruzənin səsverməsi zamanı ortaya cıxan üzücü mənzərə kimi münasibətə yol verməməlidir. Belə münasibət olmamalıdır. Öz evinə dönə bilməyən və Assambleyadakı müzakirələri izləyən 1 milyondan çox azərbaycanlı qaçqın və köçkünlərin nə qədər böyük üzüntü duyduğunu burada anlatmaq mənim üçün çox çətindir. Onlar çox üzgün oldular. Bunları söyləməyimdə məqsədim bilirsinizmi nədir? Assambleyanın belə münasibətlərinin doğru olmadığını bir daha açıq şəkildə vurğulamaq. İnsanları köçkün salan səbəblərlə mübarizə aparmadan nəticələr, ortaya çıxan acı durumlar, faciələrı önləmək də çox çətindir. Bir düşünün. İnsanlar niyə evini buraxıb qaçırlar? Onlar ölümdən, öldürülməkdən qaçırlar və belə insanlara etnik və dini kimliyindən asılı olmayaraq fərq qoymadan dəstək göstərmək bütün Avropada ilk növbədə bir insanlıq vəzifəsi kimi qəbul edilməlidir".

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

İnquşetiya prezidenti istefa verdi

24

İyun
20:35
DÜNYA
85

Sami Yusuf Bakıdadır - FOTO

24

İyun
19:55
MARAQLIDIR
1778

Diqqət! Tıxac var

24

İyun
16:56
NƏQLİYYAT
535

"Kənd təsərrüfatına gənclər cəlb edilməlidir"

24

İyun
16:05
İQTİSADİYYAT
1634

Zelenski üç qubernatoru işdən qovdu

24

İyun
15:38
DÜNYA
1762

AŞ PA-nın yay sessiyası işə başlayıb

24

İyun
15:32
SİYASƏT
2006

Günün qarşılaşmaları TV AFİŞA

24

İyun
15:25
İDMAN
1303

Yeni nazir əməliyyat müşavirəsi keçirib

24

İyun
14:05
HÜQUQ,HADİSƏ
816
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-06-2019 02:52



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru