Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 Yanvar

2016
11:17
“Sovetski”də aparılan köçürmə və söküntü ilə bağlı son durum açıqlanıb

Bakının “Sovetski” məhəlləsində aparılan köçürmə və söküntü ilə bağlı son durum açıqlanıb.

Bakı şəhərinin Baş planına əsasən şəhərdə aparılan yol-nəqliyyat infrastruktur təminatın yaxşılaşdırılması və bununla əlaqədar abadlıq-quruculuq işləri çərçivəsində Yasamal rayon ərazisində bir sıra yaşayış və qeyri-yaşayış sahələrində söküntü işləri aparılmaqdadır.

Həmin söküntü ərazisinə Azərbaycan prospekti, Nəriman Nərimanov prospekti, Əlibəy Hüseynzadə və Tolstoy küçələri, habelə Nəriman Nərimanov, İnşaatçılar prospektləri və İsmayıl Qutqaşınlı küçəsi, Qurban Xəlilov və Bəhram Ağayev küçələri əhatəsində yerləşən ərazidə, Bəhram Ağayev küçəsi ilə Landau küçəsinin kəsişməsindən İsmayıl Qutqaşınlı küçəsini kəsməklə Qurban Xəlilov küçəsi də daxil olmaqla Mikayıl Müşviq küçəsi istiqamətindəki ərazidə yerləşən bir sıra yaşayış və qeyri-yaşayış sahələri daxildir.

2015-ci il ərzində 8759 ünvanda yerləşən yaşayış və qeyri-yaşayış sahələrində ölçü işləri aparılıb. Ölçü işləri aparılmış yaşayış və qeyri-yaşayış sahiblərindən 2769 nəfəri ödənişə göndərilib, 2698 nəfər sakinə isə artıq kompensasiya ödənilib. Ümumilikdə 2320 yaşayış və qeyri-yaşayış sahəsinin sökülməsi planlaşdırılıb ki, bunlardan 1795-i artıq sökülüb. 2320 yaşayış və qeyri-yaşayış sahəsinin 45-i tarixi binadır. Sökülən mənzillərdə qeydiyyatda olan 5956 sakin Yasamal rayon qeydiyyatından çıxıb və təsərrüfat uçotu kitabına işlənib. Bundan əlavə, söküntü zonasına düşən “Sovetski” ərazisində az kvadratlı mənzil sahiblərinə dövlət tərəfindən inşa edilmiş binadan 103 mənzil və 2 qeyri-yaşayış sahəsi verilib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"Twitter"in işində problem yaranıb

23

Aprel
16:33
DÜNYA
155

DİM abituriyentlərə müraciət edib

23

Aprel
15:59
ELM / TƏHSİL
130

Polşa səfiri Rusiya XİN-ə gəlib

23

Aprel
15:37
DÜNYA
130
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-04-2021 18:46





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru