Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 Yanvar

2016
10:34
Şagirdin döyülməsi ilə bağlı açıqlama: “Qardaşı qızıdır” - VİDEO

Şagirdin döyülməsinə məktəbdən münasibət bildirilib. 

Xırdalan şəhərindəki 9 saylı məktəbin adını açıqlamayan direktor müavini ANSPress-ə hadisədən xəbərdar olduqlarını deyib: "Hadisə noyabr ayında olub. Nədənsə, indi sosial şəbəkələrdə yer alıb. Müəllimənin vurduğu şagird onun qardaşı qızıdır. İnsiedent dərsdən sonra olub. Müəllimə iki başqa şagirdin valideynini gözləyərkən, boş qalmamaq üçün şagirdlərə dərs keçmək fikrinə düşüb. Onlardan biri onun qardaşı qızı olub. Bu zaman hirslənərək, onu vurub. Sinifdə cəmi 5, 6 şagird olub, onun da ikisi öz uşağı, ikisi qardaşı qızları, ikisi başqa uşaq olub".

"Kimin uşağı olmağından asılı olmayaraq, azyaşlını vurmağa müəlliməyə kim ixtiyar verir?", - sualından boyun qaçıran və müəllimənin adını demək istəməyən direktor müavini telefonu üzümüzə qapamaqla kifayətlənib. 

9 nömrəli məktəbdə baş verən bu hadisə ilə bağlı Təhsil Nazirliyi də maraqlanır. Nazirlikdən verilən məlumata görə, sosial şəbəkələrdə yayılmış video ilə bağlı hazırda araşdırma aparılır. Araşdırma başa çatdıqdan sonra nəticəsi barədə məlumat veriləcək.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

ADU tələbə qəbulu elan etdi

29

May
12:24
ELM / TƏHSİL
326

“UNEC-90 Kitablar arasında keçən ömür”

28

May
12:21
ELM / TƏHSİL
522
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


29-05-2020 22:50





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru