Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 Yanvar

2016
10:37
Samir Şərifov Beynəlxalq Bankdakı cinayətlər haqda danışdı...

Azərbaycan Beynəlxalq Bankının (ABB) fəaliyyətinin sağlamlaşdırılması üzrə işlər davam etdirilir.

Bunu maliyyə naziri Samir Şərifov ANS telekanalına müsahibəsində deyib.

“Bankın əvvəlki rəhbərliyi idarəçilikdə böyük səhvlərə yol verib və artıq bu gün həmin səhvlərə hüquqi qiymət verilir. Bankın rəhbərliyi bir çox hallarda ABB Müşahidə Şurasının göstərişlərinə əməl etmir, maliyyə hesabatlarındakı rəqəmləri təhrif edirdi. Bütün bunlar pul vəsaitlərinin mənimsənilməsinə gətirib çıxardı”, -deyə nazir vurğulayıb.

Nazir həmçinin deyib ki, bankda rəhbərliyə yaxın şəxslərə kreditlərin verilməsi şəklində vəsaitlərin oğurlanması halları da olub.

Nazir daha sonra bildirib ki, onlar hazırda Baş Prokurorluq və Daxili İşlər Nazirliyi ilə birlikdə bank tərəfindən verilmiş kreditlərin geri qaytarılması istiqamətində işləri davam etdirirlər. Digər tərəfdən, əmanətçilərə zərər vurmamaq üçün problemli kreditlərin bir hissəsinin Aqrarkredit QSC-yə verilməsi barədə də qərar qəbul olunub. Söhbət bu gün fəaliyyəti qeyr-qənaətbəxş olan müxtəlif zavod və fabriklərdən gedir. Məqsəd onları nisbətən ayağa qaldırmaqdır ki, sonra satıb bankın vəsaitinin müəyyən hissəsini qaytarmaq mümkün olsun.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
60668

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
58411

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
60116

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
59753

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
65349

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
59552

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
59738
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-01-2021 15:57





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru