Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 Yanvar

2016
19:29
Dövlət Gömrük Komitəsi iradlara aydınlıq gətirdi

Dövlət Gömrük Komitəsi vətəndaşın iradlarına aydınlıq gətirdi.

Komitənin Mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, Türkiyə televiziya kanallarından birində yayımlanan proqramda Azərbaycan vətəndaşı Rasim İsgəndərli DGK-nın ünvanına həqiqətə uyğun olmayan məlumatlar səsləndirib.

DGK bildirir ki, R.İsgəndərli bu ilin yanvar ayının 8-də Türkiyəyə səyahət edib. Aparılan araşdırmalar zamanı məlum olub ki, o Heydər Əliyev adına Beynəlxalq Hava Limanının gömrük sərhədini keçən zaman baqaj və ya əl yükündə özünün iddia etdiyi kimi göyərçin quşları olmayıb və Rasim İsgəndərli ölkədən göyərçin quşları aparmaq istədiyi barədə hər hansı gömrük orqanına müraciət etməyib.

Bildirilib ki, Heydər Əliyev adına Beynəlxalq Hava Limanında, eləcə də respublikanın bütün sərhəd-gömrük keçid məntəqələrində gətirilməsi və aparılması qadağan edilən və məhdudlaşdırılan əşyaların siyahısı hər kəsin yaxşı görə biləcəyi lövhələrdə yerləşdirilib. Vətəndaşlar Dövlət Gömrük Komitəsinin internet səhifəsindən və bütün sərhəd-gömrük keçid məntəqələrində yerləşdirilən informasiya köşkləri vasitəsilə də bu barədə məlumat ala bilərlər.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-11-2018 03:31



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com