Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

Bir daha göstərmə!
Sosial şəbəkədi səhifələrimizə abunə olun ki, başqa maraqlı xəbərləri qaçırmayasınız!

22 Yanvar

2016
23:42
5590
Mirşahin Ağayev: “MTRŞ-nın ANS-ə qərəzini hiss etməmək mümkün deyil”

“ANS-in MTRŞ-la münasibətlərinin tarixi hamının gözü qarşısındadır. MTRŞ ANS-in fəaliyyətini izləmək, bizim bütün addımlarımızı qarabaqara izləmək yolunu tutub. MTRŞ-nın ANS-ə olan qərəzini hiss etməmək mümkün deyil”.

APA-nın xəbərinə görə, bunu ANS Müstəqil Yayım və Media Şirkətinin baş direktoru, “Hesabat” verilişinin aparıcısı Mirşahin Ağayev bu gün keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, MTRŞ başqa kanallara xəbərdarlıqlar etsə də, daha çox ANS cəzalandırılır: “Azərbaycan prezidentinin söz azadlığı və demokratiya ilə bağlı atdığı addımlar göz önündədir. MTRŞ bəlkə öz-özlüyündə müsbət qurum ola bilərdi, lakin bu qurumun başında duran məmur və ya məmurlar buna imkan vermir”.

ANS Müstəqil Yayım və Media Şirkətinin baş direktoru əlavə edib ki, MTRŞ və ANS arasında qarşıdurma Azərbaycan prezidentinin serialların çəkilişi üçün ayrılan vəsaitlə bağlı ANS-dən MTRŞ-ya edilən müraciətdən sonra başlayıb: “ANS-ə çatacaq 40 min manat bizə verilməyib. MTRŞ-dan hər dəfə bizə deyirdilər ki, serialı təqdim edəndə, məbləğ sizə veriləcək. Biz müraciət etdik, cavab olaraq bizə xəbərdarlıq etdilər. Azərbaycan prezidentinin serialların çəkilişi üçün ayırdığı vəsaitin taleyi necədir?! Bəlkə də hər şey şəffafdır. Ancaq biz bu suala cavab tapa bilməmişik. MTRŞ bu haqda məlumat verməlidir”. 

Xatırladaq ki, Milli Televiziya və Radio Şurasının (MTRŞ) bu gün keçirilən iclasında ANS televiziyasının efirində yayımlanan “Hesabat” analitik-informasiya proqramının 27 dekabr 2015-ci il və 17 yanvar 2016-cı il tarixli buraxılışlarında televiziya yayımının əsas prinsiplərinin və proqrama verilən tələblərin pozulması - proqramlarda  informasiyanın tərəfsizliyi, qərəzsizliyi, əhatəliliyi, tam və doğru-dürüstlüyü prinsiplərinə əməl olunmadığını, işgüzar nüfuzun ləkələnməsinə yol verildiyini, faktlar və hadisələrin ədalətli şərh olunmadığı, birtərəfliliyə yol verildiyini nəzərə alınaraq, “Televiziya və radio yayımı haqqında” qanunun 23.1-ci maddəsinə uyğun olaraq “ANS” televiziyasının efirində “Hesabat” analitik-informasiya proqramının yayımı 24 yanvar 2016-cı il tarixdən etibarən 1 ay müddətinə dayandırılıb.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Aprelin 24-nə manatın məzənnəsi

23

Aprel
20:28
İQTİSADİYYAT
78

PKK Türkiyədə hərbi hissəyə hücum edib

23

Aprel
19:22
BÖLMƏNİ DÜZ SEÇ!
87

Azərbaycanda yeni zavod tikiləcək

23

Aprel
19:07
İQTİSADİYYAT
99

Qaraciyər üçün ən xeyirli meyvənin adı açıqlanıb

23

Aprel
16:58
AİLƏ, SAĞLAMLIQ
191

Qadın 27 il sonra komadan ayıldı

23

Aprel
16:52
DÜNYA
124

Günün qarşılaşmaları TV AFİŞA

23

Aprel
15:08
İDMAN
303
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-04-2019 04:26



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru