Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Yanvar

2016
14:09
3260
Taxıl fondunda 7 aylıq ehtiyat var - Əli Kərimli

AXCP sədri Əli Kərimli ölkədəki böhranlı vəziyyətdən çıxmaq üçün təcili görülməli olan tədbirlər barədə növbəti təkliflə çıxış edib. Faktxeber.com-un məlumatına görə partiya sədri bu barədə öz feysbuk səhifəsində yazıb:

“Xalq artıq dözə bilmir. Bir gün də itirmədən təcili tədbirlər görülmək lazımdır. İlk növbədə unun, çörəyin qiyməti aşağı salınmalıdır. Hazırda Dövlət Taxıl Fondunda büdcə hesabına alınmış 750 min ton taxıl ehtiyatı var. Bu ehtiyat Azərbaycanın tələbatını 7 ay ərzində ödəməyə kifayətdir. Bir halda ki, bu qədər taxıl hələ devalvasiyadan əvvəl alınıb anbarlara vurulub, unun, çörəyin qiyməti nəyə görə qaldırılır, həm də belə sürətlə. Bacarıqsızlıq və acgözlüyün qarışığından əcaib bir şey alınıb. Hakimiyyət açıq-aşkar məsuliyyət hissini itirib.

Xalqın əcəbləri ilə oynayırsınız. Təcili şəkildə ciddi anti-böhran tədbirlərinə başlamaq lazımdır. İlk addım isə unun, çörəyin və yanacağın qiymətinin aşağı salınması olmalıdır”.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabahın hava proqnozu açıqlanıb

20

Aprel
14:13
ÖLKƏ
215

FHN Müdafiə Nazirliyindən kömək istəyib

20

Aprel
12:10
HÜQUQ,HADİSƏ
164

Trampın reytinqi düşməkdə davam edir

20

Aprel
11:38
DÜNYA
1162

İsrail Qəzzanı bombalayıb

20

Aprel
11:00
DÜNYA
140

"Word" Azərbaycan dilində "vörd" kimi yazılacaq

20

Aprel
10:32
ELM / TƏHSİL
697

Həftəsonu Azərbaycanda qızıl-gümüş bahalaşdı

19

Aprel
22:22
İQTİSADİYYAT
720

Ən təhlükəli qidalanma qrafiki

19

Aprel
21:08
AİLƏ, SAĞLAMLIQ
312
Şərhlər
Muslim tərəfindən 14-01-2016 11:20:19 tarixində yazıldı
Savadsızlıq
Axmaq adam, taxıl fondundakı məhsulun istifadəsi, taxılın qiymətinin aşağı-yuxarı olması ilə əlaqədar deyil, bu ancaq taxılın qıt olduğu dövr üçün nəzərdə tutulub.
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-04-2019 08:21



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru