Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Yanvar

2016
16:41
Siyəzəndə məktəbə bibər qazı atılıbmı? - RƏSMİ AÇIQLAMA

Bu gün sosial şəbəkələrdə və bir neçə saytlarda Siyəzəndə aksiya zamanı məktəbə bibər qazı atılması və şagirdlərin zəhərlənməsi barədə məlumat yayılıb.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin rəis müavini Ehsan Zahidov “Qafqazinfo”ya bildirib ki, rayonda şagird deyil, valideyni zədələnib: “Siyəzəndə razılaşdırılmamış aksiya keçirməyə cəhd göstərən bir qrup sakin davranışları ilə ətrafdakı dinc insanların həyatı üçün təhlükə yaradıblar.

Aksiya iştirakçılarının atdığı daşlardan biri azyaşlını məktəbə aparan gənc xanıma dəyib və o, ciddi xəsarət alaraq yerə yıxılıb.

Dərhal iki polis əməkdaşı yaralı xanımı təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırıb”.

Qeyd edək ki, bu gün Siyəzən rayonunda qiymətin süni bahalaşmasına görə bir qrup sakin etiraz askiyası keçirib.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


13-11-2018 04:27



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com