Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Yanvar

2016
14:06
3744
İlham Əliyev ABŞ-ın Təhlükəsizlik Şurasının baş direktorunu qəbul edib

İlham Əliyev yanvarın 13-də ABŞ-ın Milli Təhlükəsizlik Şurasının Avropa üzrə baş direktoru Çarlz Kapçanı qəbul edib.

Görüşdə Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinin müxtəlif istiqamətlərdə inkişafından danışılıb, ölkələrimiz arasında bir çox sahələrdə tərəfdaşlıq münasibətlərinin qurulmasından məmnunluq ifadə olunub. Zəngin tarixə malik olan enerji sahəsində əməkdaşlığın ABŞ-ın dəstəyi ilə daha da genişləndirilməsinin önəmi qeyd edilib.

Beynəlxalq terrorizmə qarşı mübarizə, təhlükəsizlik sahəsində əməkdaşlıq məsələlərinə toxunularaq Azərbaycan hərbçilərinin Əfqanıstandakı sülhməramlı missiyanın tərkibində uğurlu fəaliyyətinin əhəmiyyəti vurğulanıb, ölkəmizdə gedən demokratik proseslər və bunun perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Söhbət zamanı, həmçinin regional vəziyyət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı məsələlər müzakirə edilib.

İkitərəfli münasibətlərin hazırkı vəziyyətinin təhlil olunduğu görüşdə əməkdaşlığımızın bundan sonra daha da möhkəmləndirilməsinin vacibliyi bildirilib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabaha dolu və leysan proqnozu verildi

21

Aprel
13:57
ÖLKƏ
187

Fransada Azərbaycan məktəbi açılıb

21

Aprel
13:20
ELM / TƏHSİL
93

Rusiya daha 49 il Suriyada qalacaq

21

Aprel
10:37
HƏRB
111

AİP Azərbaycan xalqını təbrik edib

21

Aprel
10:20
MƏNƏVİYYAT
563

Binəqədidə avtobus qəzası: 5 yaralı var

21

Aprel
10:16
HÜQUQ,HADİSƏ
125

Sabahın hava proqnozu açıqlanıb

20

Aprel
14:13
ÖLKƏ
255

FHN Müdafiə Nazirliyindən kömək istəyib

20

Aprel
12:10
HÜQUQ,HADİSƏ
193
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-04-2019 22:11



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru