Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Yanvar

2016
11:41
Qarabağ əlillərini sərhəddə niyə saxladılar ?- VİDEO

Yanvarın 8-i Azərbaycan-Gürcüstan sərhədindəki "Sınıq Körpü" Nəzarət Buraxılış Məntəqəsində bir qrup sürücü və gömrükçülər arasında insident baş verib.

Turanın rəsmi mənbələrə istinadla verdiyi məlumata görə, bir neçə maşının sürücüsü yük yerində daşıdıqları 200 kq meyvəyə görə gömrük rüsumu ödəməkdən imtina edib.

Münaqişə qarşıdurmaya keçib. Hadisə yerinə polis dəstələri çağırılıb. Nəticədə məntəqədə işi bir saatlıq dayandırılıb.

Sürücülərin bəziləri isə gömrükçüləri rüşvət tələb etməkdə ittiham edib və prezidentin hər bir vətəndaşın on min dollar dəyərində məhsulu rüsum ödəmədən ölkəyə gətirə bilməsi haqqında sərəncamı əsas gətiriblər. Onlar maşınlarında cəmi 150kq yükün olduğunu və bunun 2 nəfərə aid olduğunu bildiriblər.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-12-2018 09:22



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com