Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 Yanvar

2016
11:27
3109
Silahlı Qüvvələrdə 20 Yanvar faciəsinin ildönümü qeyd ediləcək

Prezidenti Administrasiyası rəhbərinin sərəncamı ilə təsdiq olunan "20 Yanvar faciəsinin iyirmi altıncı ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı"na əsasən, müdafiə naziri, general-polkovnik Zakir Həsənov Silahlı Qüvvələrdə silsilə tədbirlərin icrası ilə əlaqədar planı təsdiq edib.

Faktxeber.com Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Əlahiddə Ümumqoşun Ordusu, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində Qanlı Yanvar hadisələri ilə bağlı "dəyirmi masa"ların, konfrans, toplantı və xüsusi məşğələlərin təşkili, zabitlər evlərində faciəyə dair tamaşaların, bədii və sənədli filmlərin nümayiş etdirilməsi nəzərdə tutulub.

Keçirilən tədbirlərdə şəhid olanların ailə üzvləri, hadisələrin iştirakçıları ilə şəxsi heyətin görüşlərinin təşkili, həmçinin Vətənimizin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda həyatlarını qurban verənlərin xatirəsinə ucaldılmış abidələrin ziyarət olunması planlaşdırılıb.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-03-2019 00:02



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com