Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 Yanvar

2016
11:06
1872
ABŞ fond bazarları 2016-ci ilə son 119-cu ilin ən böyük çöküşü ilə başladı

2016-cı ildə ABŞ-da fond bazarında son 100 ilin ən böyük çökməsi qeydə alınıb. Son 4 gündə  iş aktivliyinin əsas göstəricisi -  Dow Jones indeksi – 5 faizdən çox düşüb.

Cari ildə ABŞ  fond meydanında ilk satış,  bazar ertəsi günü  baş tutmuşdu. Ötən 4 gündə  Dow Jones 911 maddə düşüb, bu da 5 faizdən çox deməkdir. FaktXəbər-in CNN telekanalına istinadən məlumatına görə, yeni ilin belə startı 1897-ci ildən bəri ən pis göstəricidir.

«Sərmayəçilər yeni ilə panika rejimində başladılar», - deyə Yardeni Research sərmayə-konstaltinq kompaniyasının rəhbəri Er Yardeni bildirir.

Analitiklər bunun bütün günahını fond bazarında qarışıqlıq olan Çində görür. Bu, əlbəttə ki, dünyanın digər böyük Amerika və Avropa bazarlarına da öz təsirini göstərib.

Neftin qiymətinin aşağı düşməsini də nəzərə alsaq, fond bazarlarında təşvişə düşməsinin səbəbi aydın olar. Milyarder Corc Soros belə vəziyyətin  2008-ci ildəki iqtisadi böhranı təkrarlayacağı proqnozunu verib.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-02-2019 20:04



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com