Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 Yanvar

2016
10:35
1458
Səhiyyə Nazirliyi 195 dərman vasitəsini qeydiyyata almaqdan imtina edib

Ötən il ərzində Azərbaycan Səhiyyə Nazirliyi 195 dərman vasitəsinin qeydiyyatından imtina edib.

FaktXəbər-in məlumatına görə, bunu Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin (AEM) direktoru Murad Süleymanov “Tibb” qəzetinə müsahibəsində deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycanın dərman vasitələrinin reyestrində 4700-dən çox preparat var: "Bu il ərzində 803 dərman dövlət qeydiyyatına alınıb, ilkin ixtisaslaşdırılmış ekspertizada 203, ixtisaslaşdırılmış ekspertizada isə 195 dərman vasitəsinin qeydiyyatından imtina edilib".

M.Süleymanov qeyd edib ki, 2015-ci ildə 113 aptekdə yoxlama aparılıb: "Xüsusi razılıq (lisenziya) olmadan əczaçılıqla məşğul olan 4 aptek aşkarlanıb və fəaliyyətləri dayandırılıb. Könüllü şəkildə qanunsuz fəaliyyətlərini dayandırmayan iki aptekin sahibinə İnzibati Xətalar Məcəlləsinin 64.1 maddəsi ilə protokollar tərtib edilib. Yoxlamalar zamanı 23 aptekdə reseptlə buraxılmalı olan dərman vasitələrinin reseptsiz satıldığı, yetkinlik yaşına çatmayanlara dərmanların buraxılması qaydalarının pozulduğu müəyyən olunub və aptek rəhbərlərinə həmin Məcəllənin 230.1-ci maddəsi ilə protokollar tərtib edilib. Bundan əlavə, qeydiyyatsız dərman vasitələrinin satışı ilə məşğul olan, habelə reseptlə satılmalı dərmanları reseptsiz satan iki aptekin fəaliyyəti dayandırılıb, bir aptekin lisenziyası ləğv edilib. 2015-ci ildə aparılan yoxlamalar nəticəsində 835 adda (2874 qutu) qeydiyyatsız və dövlət nəzarətindən keçməmiş dərman preparatı satışdan çıxarılıb".

M.Süleymanov əlavə edib ki, əsas məqsədlərdən biri də müasir dünya təcrübəsinə əsaslanaraq, bütün proseslərdə nəzarətin keyfiyyətini itirməmək şərtilə, tibbi məhsullar idxal edən şirkətlər üçün idxal prosedurlarını asanlaşdırmaqdır.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"QARA PLYONKA" məsələsinə nöqtə! - FOTO

20

Avqust
16:55
NƏQLİYYAT
716

Tikinti icazəsi "Bir pəncərə" sisteminə keçir

20

Avqust
15:42
HÜQUQ,HADİSƏ
805

Smartfonun beynin məhsuldarlığına təsiri öyrənilib

20

Avqust
15:05
AİLƏ, SAĞLAMLIQ
1546

Hirkan Milli Parkında yanğın başlayıb

20

Avqust
14:13
HÜQUQ,HADİSƏ
220

Bakıda kirayə evlər ötən aydan bahalaşıb

20

Avqust
14:10
İQTİSADİYYAT
1799

Füzulidə top mərmisi tapılıb

20

Avqust
14:07
HƏRB
844

BMT-dən fillərlə bağlı QADAĞA

20

Avqust
12:56
MARAQLIDIR
292

Ötən gün yol qəzalarında 2 nəfər ölüb

20

Avqust
12:49
HÜQUQ,HADİSƏ
242

Avqustun 21-ə gözlənilən hava proqnozu

20

Avqust
12:41
ÖLKƏ
299

Bakı metrosunda işıqlar söndü

20

Avqust
12:40
HÜQUQ,HADİSƏ
244
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-08-2019 07:30



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru