XİN rəsmisi səfirliklərin bağlanması ilə bağlı xəbəri təkzib etdi

Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 Yanvar

2016
20:26
3741
XİN rəsmisi səfirliklərin bağlanması ilə bağlı xəbəri təkzib etdi

Mətbuatda Xarici İşlər Nazirliyinin xərclərə qənaət edilməsi məqsədilə Azərbaycanın bəzi xarici ölkələrdəki diplomatik nümayəndəliklərini və ticarət ofislərini bağlayacağı haqda xəbərlər yayılıb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin verdiyi rəsmi açıqlamada isə belə məlumatların əsassız olduğu bildirilir. 

Həmin açıqlamanı olduğu kimi diqqətinizə çatdırırıq: “Bəzi internet mediada və bloqlarda guya bağlanacaq diplomatik nümayəndəliklərin təqdim olunan siyahısı obyektivlikdən kənardır və qeyri-ciddidir. Bu kimi yoxlanılmamış xəbərlərin yayılması Azərbaycanın uzun müddət ərzində digər dövlətlərlə qurduğu diplomatik əlaqələrinə xələl gətirə bilər.

İlk növbədə onu qeyd etmək istərdim ki, bu məsələdə yekun qərar qəbul edilməyib. Bu barədə qərarların qəbul edilməsi diplomatik münasibətlərdə qarşılıqlılıq və siyasi yanaşmalar da daxil olmaqla, ciddi və dəqiq şəkildə nəzərdən keçirmə tələb edir. Hal- hazırda bu məsələ hökumət tərəfindən ciddi şəkildə baxılır.

İkincisi, burada bilavasitə səfirliklərin bağlanması müzakirə mövzusu deyil. Xərclərə qənaət və işin rasionallaşdırılması məqsədilə diplomatik nümayəndəliklərin fəaliyyətinin mövcud reallığa uyğunlaşdırılması və ya ştat vahidlərinin azaldılması kimi məsələlər nəzərdən keçirilir. O ki, qaldı fəxri konsulluqlara, bu gülüncdür. Xarici siyasət və diplomatiyadan xəbəri olan hər kəs bilir ki, fəxri konsullar özləri öz xərclərini ödəyir və dövlət büdcəsindən onların saxlanması üçün heç bir vəsait ayrılmır”.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-08-2018 15:22



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com