Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 Yanvar

2016
18:49
Siyasi məhbusların saxlandığı müəssisədə işıq problemi həll edildi

23:21 - Yanvarın 2-si səhər saatlarından elektrik enerjisi təchizatından məhrum olan Qaradağ rayonundakı 13 saylı cəzaçəkmə müəssisəsində problem tam həllini tapıb. Bu barədə “Azərişıq”ın mətbuat xidmərinin rəhbəri Tanrıverdi Mustafayev  musavat.com-a bildirib: “Problemlə bağlı məlumat alan kimi bizim əməkdaşlar hadisə yerinə gedib, araşdırma aparılıb və bir neçə saatlıq çalışmalardan sonra bütün işlər yekunlaşıb. Artıq müəssisəyə normal şəkildə işıq verilir. Lakin elektrik enerjisinin olmadığı saatlarda da müəssisənin daxilindəki generatorlarla işıq verilib". 

***

Havaların qarlı-şaxtalı keçdiyi bu günlərdə bir sıra yaşayış məntəqələrində olduğu kimi, Qaradağ rayonunda yerləşən 13 saylı Cəzaçəkmə Müəssisəsində (CM) elektrik enerjisinin təchizatı ilə bağlı problem yaranıb. 

Müsavat Partiyasının başqan müavini Tofiq Yaqublunun və keçmiş səhiyyə naziri Əli İnsanovun da saxlandığı bu müəssədəki durumla bağlı onun Nigar Yaqublu bildirib. Nigar xanım özünün facebook statusunda aşağıdakıları yazıb: “İndicə atam ilə danışdım. Hər kəsin bayramını təbrik edir. Bu şaxtalı qış günündə 13 saylı CM-də nə işıq var, nə də ki, normal qaz. Adamın bu soyuqda çöldə 1dəq. qala bilmədiyi halda, məhbuslar çöldə, soyuq otaqlarda saxlanılırlar. İndi onlar xəstələnsə, yenə onların cəfasını biz çəkəcəyik, həbsxana rəhbərliyi yox!”

Vəziyyətlə əlaqədar Penitensiar Xidmətin mətbuat xidmətinin rəhbəri Yaşar İsakovla musavat.com-a bildirib ki, elektrik enerjisinin kəsilməsinə səbəb baş vermiş qəzadır: “Qızıldaş qəsəbəsində yerləşən transformatorun içindəki yağ açarı yanıb. Müəssisə rəhbərliyi vəziyyətlə əlaqədar hər 15 dəqiqə, yarım saatdan bir “Azərişıq”la əlaqə saxlayır. Onlara bildirilir ki, təmir işi davam edir və tezliklə elektrik enerjisinin verilişi bərpa olunacaq”. Y.İsakov məhbus ailələrini narahat olmamağa çağırdı, bildirdi ki, problem tezliklə aradan qaldırılacaq. 

“Azərişıq”ın mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev isə vəziyyətlə bağlı araşdırma apardıqdan sonra ətraflı məlumat verəcəyini bildirib.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-12-2018 22:37



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com