Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 Dekabr

2015
14:32
4728
Müəllimlərin attestasiyasının keçirilməsi ilə bağlı iki varianta baxılır

Azərbaycanda müəllimlərin attestasiyası ya diaqnostik qiymətləndirmə ölkə üzrə tam başa çatdıqdan sonra, ya da bu proses ölkə üzrə tam başa çatmamış, amma artıq başa çatan yerlərdə mərhələlərlə həyata keçirilə bilər.

Bunu Azərbaycanın təhsil nazirinin müavini Ceyhun Bayramov deyib.

Nazir müavininin sözlərinə görə, attestasiyanın hələlik bu variantlardan hansı üzrə keçirilməsi ilə bağlı tam yekun qərar verilməyib: “Biz bu barədə müzakirə aparırıq. Attestasiyanın dəqiq tarixlərini indi demək çətindir. Amma bu, birmənalıdır ki, bu proses gec-tez olacaq. Hesab edirik ki, bu, təhsilin keyfiyyəti üçün vacib amildir”.

C.Bayramov əlavə edib ki, 2013-cü ildə qəbul olunan “Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası”nda və həmin strategiyaya uyğun olaraq, 2015-ci ildə qəbul olunan Fəaliyyət Proqramında müəllimlər üçün tədricən differensiyallaşdırılmış əmək haqqı sisteminə keçidin olması planlaşdırılır: “Biz bu barədə düşünürük. Amma bunu birdən-birə etmək mümkün deyil. Bunun üçün attestasiyanın, sertifikasiyanın keçirilməsi nəzərdə tutulur. Biz bir şeyi də etiraf etməliyik ki, bizim müəllimlər uzun illər ərzində imtahanlardan, diaqnostik qiymətləndirmədən keçməmişdilər. Bununla bağlı ixtisasartırma fəaliyyəti müəllimin ehtiyacını müəyyən mənada nəzərə almırdı. Bu mərhələdən keçmədən birdən-birə tam həcmli attestasiya və sertifikasiyanı keçirmək düzgün olmazdı”.

C.Bayramov hesab edir ki, bu səbəbdən də Təhsil Nazirliyi müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin keçirilməsini həmin prosesin birinci mərhələsi kimi qəbul edir.

Nazir müavininin sözlərinə görə, diaqnostik qiymətləndirmə müəllimlərin attestasiyaya daha hazırlıqlı olmasını da təmin edir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycanda taxıl biçininə başlanılıb

24

May
17:46
İQTİSADİYYAT
89

Mayın 27-nə manatın məzənnəsi

24

May
17:33
İQTİSADİYYAT
72

2 yaşınadək uşaqlara bunlar qadağan edilməlidir

24

May
15:53
AİLƏ, SAĞLAMLIQ
1515

Paşinyanın oğlu Yerevana qaçdı

24

May
15:07
DÜNYA
393
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-05-2019 21:00



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru