Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 Dekabr

2015
09:13
2985
Haqqin.az-da rəhbərlik dəyişdi - Eynulla Fətullayev ANS-ə gedir

Tanınmış jurnalist Eynulla Fətullayev Haqqin.az saytının baş redaktoru vəzifəsindən istefa verib.

Bu barədə onun özü redaksiya heyətinin dekabrn 22-də keçirilmiş iclasında açıqlama verib. E.Fətullayev bildirib ki, rəhbərlik etdiyi media orqanlarının reklam və menecment işlərinin təkmilləşdirilməsinə zərurət yarandığından o bundan sonra daha çox təşkilati işlərlə məşğul olacaq. Haqqın.az saytnın müəlliflərindən biri kimi də fəaliyyət göstərəcəyini deyən E.Fətullayev öz yerini 22 yaşlı gənc jurnalistə - Murad Səmədova təhvil verib. O, bundan əvvəl saytın informasiya şöbəsinə rəhbərlik edib. E.Fətullayev yeni baş redaktorun istedadlı jurnalist olduğunu və onun parlaq gələcəyinə inandığını deyib. 

İclasda o da məlum olub ki, E.Fatullayev növbəti ilin ilk ayından etibarən ANS telekanalında yeni layihəyə start verəcək.  “Hələlik detallar barədə danışmaq istəmirəm. Mənə elə gəlir ki, televiziyaya qayıtmağım maraqlı hadisə olacaq”  deyə, E.Fətullayev bildirib. 

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-04-2018 07:45

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com



Рейтинг@Mail.ru

DMCA.com Protection Status