Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 Dekabr

2015
13:49
3678
İlham Əliyevin İrana səfəri planlaşdırılır

“Azərbaycan nümayəndə heyətinin İrana səfəri Azərbaycan prezidenti İlham Əliyevin rəsmi səfərinə hazırlıq məqsədilə həyata keçirilir”.

FaktXəbər-in məlumatına görə, bunu APA-nın İran bürosuna açıqlamasında bu ölkənin rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaizi deyib. O bildirib ki, Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyətinin İrana səfəri böyük əhəmiyyət kəsb edir:

“Bu səfər zamanı ikitərəfli iqtisadi və digər zəmində razılaşdırılacaq bəzi sənədlər cənab İlham Əliyevin İrana səfəri zamanı imzalanacaq. Hazırda iki ölkə arasında olan ikitərəfli ticarət dövriyyəsinin həcmi 500 milyon dollar civarındadır. Ümid edirik ki, bank sahəsi, dərman istehsalı, turizm və səhiyyə sahələrində əldə olunacaq razılaşmalar nəticəsində ikitərəfli iqtisadi mübadilə 500 milyon dollardan yüksək olacaq. Biz bu gün 7 komitə təşkil etdik. Bu komitələr müəyyən müzakirələr aparacaq və müştərək iqtisadi komissiyaya təqdim olunacaq yekun sənəd hazırlayacaq”.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabaha dolu və leysan proqnozu verildi

21

Aprel
13:57
ÖLKƏ
187

Fransada Azərbaycan məktəbi açılıb

21

Aprel
13:20
ELM / TƏHSİL
93

Rusiya daha 49 il Suriyada qalacaq

21

Aprel
10:37
HƏRB
111

AİP Azərbaycan xalqını təbrik edib

21

Aprel
10:20
MƏNƏVİYYAT
563

Binəqədidə avtobus qəzası: 5 yaralı var

21

Aprel
10:16
HÜQUQ,HADİSƏ
125

Sabahın hava proqnozu açıqlanıb

20

Aprel
14:13
ÖLKƏ
254

FHN Müdafiə Nazirliyindən kömək istəyib

20

Aprel
12:10
HÜQUQ,HADİSƏ
193
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-04-2019 22:06



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru