Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 Dekabr

2015
13:48
Görmə qüsurlular da bizim kimi görəcəklər

2016-cı ildə Monaşa Universitetində çalışan avstraliyalı alimlər tərəfindən görmə qabiliyyətini tamamilə itirmiş insanlar üzərində süni gözün köçürülməsi əməliyyatı aparılacaq. Süni görmə sistemi təsviri bilavasitə beyinə ötürəcək.

İnnovativ sistem daxili kamera ilə təchiz edilmiş eynək formasında hazırlanıb və real dünyadakı təsviri yığcam videoprosessora göndərir. Bu qurğu isə öz növbəsində təsvirin bəzi hissələrini "ələ keçirərək" onu beynin görməyə cavabdeh bölməsində yerləşdirilmiş 11 ötürücü qurğuya (hər birində 43 elektrod mövcuddur) ötürür.

Sözügedən texnologiyanın yaradıcısı Artur Lourinin sözlərinə görə, hər bir elektrod kompüter monitorundakı piksellə müqayisə edilə bilən işıq nöqtəsi əks etdirə bilər. Ümumiyyətlə isə, ötürücü qurğular 500 işıq nöqtəsi əks etdirə bilər ki, bu da insan gözünün imkanından (1-2 milyon piksel) dəfələrlə azdır. Amma sadə təsvir yaratmaq üçün 500 işıq nöqtəsi kifayətdir.

 

"Prosessor - minimum informasiyadan istifadə etməklə mürəkkəb vəziyyəti əks etdirən karikaturaçı kimidir", - deyə Louri fikrini bölüşüb.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


13-12-2018 12:24



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com