Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 Dekabr

2015
21:57
Suriyalı qaçqınlar Bakıya da gəlib, çıxdılar

Azərbaycan Suriyadan qaçqın düşmüş iki ailəyə sığınacaq verib.

Bu barədə  saytına miqrasiya üzrə ekspert Azər Allahverənov məlumat verib.

A.Allahverənovun sözlərinə görə, Suriya qaçqını olan daha 4 ailə də qaçqın statusu almaq üçün müraciət edib. Onların müraciətinə baxılacaq. Hazırda qaçqınların sənədləri araşdırılır.

Ekspert hesab edir ki, Bakıya gələn suriyalı qaçqınlar Azərbaycanı dini mənsubiyyət yaxınlığına görə seçdiklərini bildiriblər: “Amma ərəb ölkələrindən Azərbaycana adətən müraciətlər daxil olmur. Ərəb ölkələrindən olan qaçqınlar əsasən dil baxımından yaxın ölkələrə gedirlər. Ölkəmizə isə daha çox Əfqanıstan, Çeçenistan, Pakistan, İran və İraqdan qaçqınlar gəlir”.

Hazırda Azərbaycanda bu ölkələrdən 1600-dək qaçqın var. Onların əksəriyyəti Əfqanıstan və Çeçenistandan gəlib.

Xatırladaq ki, beynəlxalq güclərin Suriyada başlatdığı amansız müharibədən sonra bu ölkəni yüz minlərlə insan tərk edib. Onların mütləq əksəriyyəti Avropa ölkələrinə səpələnib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ramazan ayının 7-ci gününün duası - AUDİO

19

Aprel
20:00
MƏNƏVİYYAT
212

Abel Məhərrəmovun oğlu vəzifədən azad edildi

19

Aprel
13:24
HÜQUQ,HADİSƏ
282

Sabahın hava proqnozu açıqlandı

19

Aprel
13:13
ÖLKƏ
268

Tramp Baydeni dəstəklədi

19

Aprel
11:27
DÜNYA
555
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-04-2021 05:14





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru