
Uzun illərdir ki, təmir olunmadığı üçün yolun hərəkət hissəsi sıradan çıxmış Nizami rayonu Mikayıl Əliyev küçəsinin Rüstəm Rüstəmov küçəsi və Babək prospektləri arasında yerləşən hissəsində aparılan təmir-tikinti işləri yekunlaşmaq üzrədir.
“Azəryolservis” ASC-dən Trend-ə verilən məlumata görə, təmir işlərinin aparıldığı ərazinin uzunluğu 1450 metr, küçənin ortalama eni isə 20 metrdir.
Sözügedən ərazidə səth sularının normal kənarlaşdırılması üçün yağış-kanalizasiya sisteminin olmaması yolda müəyyən problemlərə gətirib çıxarırdı. Həm yolun asflat-beton örtüyü tez sıradan çıxırdı, həm də nəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaranırdı.
Bütün bunları nəzərə alan Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən küçədə 1 kilometrdən artıq yağış-kanalizasiya sistemi qurulub. Zəruri olan yerlərdə yağış barmaqlıqları qoyulub, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, baxış qapaqları yenilənib. Bununla da Mikayıl Əliyev küçəsində səth suları problemi köklü şəkildə aradan qaldırılıb.
Piyadaların da rahatlığını düşünən cəmiyyət təmir etdiyi küçələrdə səkilərin olmasına xüsusi olaraq diqqət yetirir. Mikayıl Əliyev küçəsində də vətəndaşların normal və təhlükəsiz hərəkəti üçün piyada səkilərinin olmaması problemi həll edilib. Belə ki, təmir işləri çərçivəsində zəruri olan yerlərdə 1,5 metr enində yeni piyada səkiləri yaradılıb. Səkilərin kənarlarına 3 min paqon metrə yaxın səki daşları düzülüb.
Təmir-tikinti işləri zamanı küçənin köhnə asfalt-beton örtüyü yenisi ilə əvəzlənir. Bunun üçün köhnə asfalt örtüyü qaşınaraq, ərazidən daşınıb. Zəruri olan yerlərdə yol yatağı bərkidilib. Hazırda yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılır və bu işlər də yekunlaşmaq üzrədir. Ümumilikdə sözügedən ərazinin 2 qat olmaqla 30 min kvadrat metr sahəsinə yeni asfalt-beton örtüyü döşənir.
Nəqliyyat naziri Ziya Məmmədovun nəzarəti altında, “Azəryolservis” ASC tərəfindən aparılan təmir-tikinti işləri çərçivəsində Mikayıl Əliyev küçəsinin müəyyən hissələrində genişləndirmə işləri də aparılır. Genişləndirmə küçənin Babək prospektinə çıxan hissəsində, təqribən 150 metrlik bir ərazisində görülür. Həmin istiqamətdə yol təqribən 3-4 metr genişlənəcək. Bu addım nəqliyyat vasitələrinin rahat və maneəsiz hərəkətinə müsbət təsir göstərəcək.
Qeyd edək ki, küçədə aparılan kompleks tədbirlər çərçivəsində yol boyu işıqlandırma sistemi də qurulur. Bundan başqa, nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə zəruri olan yerlərdə yol nişanları quraşdırılır, yol cizgi xətlərinin və yol göstərici xətlərinin çəkilişi işləri aparılır.
Təmir-tikinti işləri tərtib olunmuş qrafikə uyğun həyata keçirilir və vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb olunub. Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC təmir işləri ilə əlaqədar yaranmış müvəqqəti çətinliyə görə, üzr istəyir və sürücüləri aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir.

Azərbaycanda vəzifəli şəxsin cinayət başında yaxalanma görüntüləri - ANBAAN VİDEO
25
İyun
Səudiyyə şahzadəsinin qonaqlığında: 39 vanna otağı olan Los Angelesdəki villa - FOTO
25
İyun
Dövlət qulluğuna qəbulla bağlı müsahibələrdə iştirak üçün qeydiyyat müddəti uzadıldı
25
İyun
Bakı xəstəxanasından: "Rentgenə baxırsan, pasiyentin ağciyərləri, sadəcə, yoxdur" - FOTO
25
İyun- 25-06-2020 14:45 Nazirlər Kabineti xəbərdarlıq etdi: Məhdudiyyətlər sərtləşdirilir - RƏSMİ
- 25-06-2020 11:58 Dövlət qulluğuna qəbulla bağlı müsahibələrdə iştirak üçün qeydiyyat müddəti uzadıldı
- 25-06-2020 11:57 8103 SMS icazə sistemi ilə bağlı dəyişiklik edilib
- 25-06-2020 11:09 AMEA-da iş saatı dəyişdirildi
- 23-06-2020 09:43 Operativ Qərargah sərtləşdirilmiş xüsusi karantin rejimində KİV-in fəaliyyətinə dair məlumat yayıb
- 19-06-2020 18:22 Azərbaycanın sərhədləri bu tarixə kimi bağlı qalacaq
- 19-06-2020 18:10 QMİ yaslarla bağlı xəbərdarlıq etdi
- 19-06-2020 17:46 İbrahim Məmmədov: "KİV də icaze.e-gov.az-da qeydiyyatdan keçməlidir"
- 19-06-2020 17:39 Sərt karantin rejimində fəaliyyətinə icazə verilən sahələr
- 19-06-2020 17:20 SMS icazə bu formada göndəriləcək - RƏSMİ
- 19-06-2020 17:19 Xüsusi karantin rejimində yaşayış yerini tərk etmə qaydaları açıqlandı
- 19-06-2020 17:13 Sərt karantin rejimində bu yerlər işləməyəcək
- 19-06-2020 16:39 Baş Nazir karantin rejiminin müddətinin uzadılması barədə qərar imzalayıb
- 19-06-2020 16:10 Babək qəsəbəsinə şəhər, Nehrəmə isə qəsəbə statusu verildi
- 19-06-2020 15:38 İki rayona xanım prokurorlar təyin edilib - Azərbaycanda ilk
- 19-06-2020 15:27 Bakı şəhərinin rayonlarına prokurorlar təyin olundu
- 19-06-2020 13:58 İcra başçısının koronavirusa yoluxan müavininin vəziyyəti ağırlaşıb
- 19-06-2020 13:40 Milli Məclisdə Erkin Qədirliyə irad tutulub
- 19-06-2020 13:29 Kimlərə maaşdan əlavə pul veriləcək?
- 19-06-2020 13:18 Bakı İdman Sarayı pandemiya xəstəxanasına çevrilməyə hazırdır
- 19-06-2020 13:07 20 iyunda gözlənilən hava şəraiti
- 19-06-2020 12:59 İcra başçısı koronavirusa yoluxdu
- 19-06-2020 12:41 Nazir: “İki həftəlik sərt karantin rejimi ilə bağlı müvafiq qərarlar qəbul olunacaq”
- 19-06-2020 12:29 “Azərişiq” karantin günlərində gücləndirilmiş rejimdə işləyəcək
- 19-06-2020 12:08 DMX əcnəbilərə müraciət etdi