Rusiyada azərbaycanlı kriminal avtoritet amansızlıqla qətlə yetirilib

Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 Dekabr

2015
14:02
3354
Rusiyada azərbaycanlı kriminal avtoritet amansızlıqla qətlə yetirilib

Rusiyada azərbaycanlı kriminal avtoritet qətlə yetirilib.

Voronej şəhərində yerləşən "Lesnaya skazka" adlı kafedə Azərbaycandan olan 37 yaşlı kriminal avtoritet odlu silahdan açılan atəş nəticəsində öldürülüb.

Azərbaycanlının qatilinin axtarışları davam etdirilir. Rusiya İstintaq Komitəsinin Voronej üzrə İdarəsindən bildiriblər ki, faktla bağlı Cinayət Məcəlləsinin 105-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır. 

Qətlin necə törədildiyi və azərbaycanlı kriminal avtoritetin kimliyi barədə ətraflı məlumat verilmir. 

“RİA Voronej" saytı azərbaycanlı kriminal avtoritetin həmyerliləri ilə aralarında baş verən gərginlik nəticəsində qətlə yetirilməsi haqqında məlumat yayıb. Bildirilib ki, hadisənin baş verdiyi kafedə azərbaycanlı kriminal avtoritet mübahisəli məsələni həll etmək üçün həmyerliləri ilə görüşüb. Kafenin ehtiyat çıxışından çıxan zaman ona atəş açılıb. Sonra isə onun sifəti və başı tanınmaz hala salınıb. Qatillər hadisə yerindən öz avtomobilləri ilə uzaqlaşıblar.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-08-2018 03:00



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com