Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Dekabr

2015
14:14
104
Azərbaycanda qanunsuz mitinq və yürüşlərə görə cəzalar ağırlaşdırılır

Azərbaycanda qanunsuz toplantıların, mitinqlərin, yürüşlərin və s. təşkili ilə bağlı məsuliyyət nəzərdə tutan maddənin adı və şərtləri dəyişdirilir, cəzalar ağırlaşdırılır.

Milli Məclisdən məlumata görə, bu halları nəzərdə tutan maddə yeni İnzibati Xətalar Məcəlləsində yeni redaksiyada verilib.

Yeni məcəllədə “Toplantıların təşkili və keçirilməsi qaydasının pozulması” adlanan 512-ci maddədə deyilir ki, “Yığıncaqların, mitinqlərin, nümayişlərin, küçə yürüşlərinin və piketlərin təşkilinin və keçirilməsinin “Sərbəst toplaşmaq azadlığı haqqında” qanun ilə müəyyən edilmiş qaydasının pozulmasına görə, fiziki şəxslər 1500 manatdan 3000 manata qədər cərimə edilir, yaxud işin hallarına görə xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla 200 saatdan 240 saatadək ictimai işlər və ya 2 aya qədər inzibati həbs tətbiq olunur. Vəzifəli şəxslər isə 3 000 manatdan 6 000 manata qədər, hüquqi şəxslər 15 000 manatdan 60 000 manata qədər cərimə olunur".

Maddənin ikinci hissəsində isə deyilir ki, “Sərbəst toplaşmaq azadlığı haqqında” qanun ilə müəyyən edilmiş qaydada təşkil edilməyən yığıncaq, mitinq, nümayiş, küçə yürüşü və ya piketdə iştirak etməyə görə 300 manatdan 600 manata qədər cərimə, yaxud işin hallarına görə xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla 160 saatdan 200 saata qədər ictimai işlər və ya 2 aya qədər inzibati həbs tətbiq edilir.

Maddənin “Qeyd” hissəsində isə bildirilir ki, yuxarıda nəzərdə tutulmuş əməllərdə cinayət tərkibinin əlamətləri olduqda, həmin əməllər Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyəti tətbiq olunur.

Qeyd edək ki, göstərilən hallarla bağlı hazırda qüvvədə olan 298-ci maddə “Yığıncaqların, mitinqlərin, nümayişlərin, küçə yürüşlərinin və piketlərin təşkili və keçirilməsi qaydasının pozulması” adlanır və qısa olaraq belə təsbit olunur: "Yığıncaqların, mitinqlərin, nümayişlərin, küçə yürüşlərinin və piketlərin təşkilinin və keçirilməsinin qanunvericiliklə müəyyən edilmiş qaydasının pozulmasına görə, xəbərdarlıq edilir və ya 7 manatdan 13 manatadək miqdarda cərimə edilir".

Azərbaycan Prezidenti tərəfindən təqdim olunan yeni İnzibati Xətalar Məcəlləsi Milli Məclisin plenar iclasına tövsiyə olunub və növbəti iclasda müzakirəyə çıxarılacaq. Məcəllə qəbul olunduğu halda mayın 1-dən qüvvəyə minəcək.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Nazirlik parklara müdir axtarır

24

May
10:40
ÖLKƏ
32

Azərbaycan nefti 4%-dən çox ucuzlaşıb

24

May
09:37
İQTİSADİYYAT
1050
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-05-2019 10:56



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru