Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 Dekabr

2015
16:38
274
Azərbaycanlı milyarder Türkiyədə otel aldı
Lukoil şirkətinin prezidenti Vahid Ələkbərov Rusiyanın sanksiyalarına fikir vermədi

Moskva-Ankara münasibətini xarici ticarətə daşıyan Rusiyanın embarqo silahı ölkənin tanınmış iş adamına təsir etməyib. Rusiya Prezidenti Vladimir Putinə yaxınlığı ilə tanınan azərbaycanlı milyarder Vahid Ələkbərov İstanbulda otel alıb.

FaktXəbər-in "Para" jurnalına istinadən verdiyi məlumata görə, Vahid Ələkbərovun aldığı "Edition Hotel" azərbaycanlı iş adamı Mübariz Mansimova aiddir və onlar bu barədə razılaşıblar. Palmali Qrupunun prezidentinin Mənsimov 2003-cü ildə satın aldığı Leventdəki keçmiş HSBC Baş İdarə binasını 2010-cu ildə "Edition Hotel" kimi istifadəyə vermişdi. 

Bu hoteli almaqla Vahid Ələkbərov Türkiyədə ikinci investisiyasını yatırmış olub.  

Bundan əvvəl isə Lukoyl şirkəti 2008-ci ildə enerji şirkəti Akpeti təxminən 500 milyon dollara satın almışdı. 

"Para" jurnalının xəbərinə görə, Mənsimova aid Bodrumdakı Palmarina Hoteli də Ələkbərov tərəfindən alınıb.

145 MİLYARD DOLLARLIQ NƏHƏNG

Dünyanın ən varlıları siyahısında Rusiyada 8, dünyada isə 114-cü sırada yer alan Vahit Ələkbərov səs-küylü satışlarla diqqət çəkir. Rusiyanın xam neft hasilatının 16.6 faizini, neft məhsullarının isə 16.5 faizini həyata keçirən Lukoyl, 145 milyard dollarlıq dövriyyəyə malikdir. Şirkət bir müddət əvvəl də 1300 yanacaqdoldurma stansiyası olan ABŞ-ın nəhəng "Getty Petroleum" adlı firmasını satın almışdı.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycanda taxıl biçininə başlanılıb

24

May
17:46
İQTİSADİYYAT
107

Mayın 27-nə manatın məzənnəsi

24

May
17:33
İQTİSADİYYAT
88

2 yaşınadək uşaqlara bunlar qadağan edilməlidir

24

May
15:53
AİLƏ, SAĞLAMLIQ
1538

Paşinyanın oğlu Yerevana qaçdı

24

May
15:07
DÜNYA
412
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-05-2019 23:01



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru