Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 Dekabr

2015
13:50
149
Sabah Azərbaycanın bəzi yerlərində sulu qar və qar yağacaq

Bakı və Abşeron yarımadasında dekabrın 9-da arabir yağış yağacağı, axşama doğru tədricən kəsiləcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən xəbərə görə, yarımadanın bəzi yerlərində yağışın intensiv olacağı ehtimalı var. Şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə 5-7, gündüz 7-9 dərəcə isti olacaq.

Azərbaycanın əksər rayonlarında sabah hava əsasən yağmursuz keçəcək, lakin şimal və şərq rayonlarında yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu Aran rayonlarında gecə 3-7 dərəcə isti, gündüz 8-13, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacaq.

Bildirək ki, dekabrın 9-10-da Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli tərəddüdü, 9-da güclü xəzri küləyinin ayın 10-da gündüz arabir güclənən gilavar küləyi ilə əvəz olunması meteohəssas insanlar üçün əsasən əlverişsizidir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ramazan ayının bəzəyi: HİL

19

May
18:15
RAMAZAN AYI
1334

Sabahın hava proqnozu açıqlanıb

19

May
12:52
ÖLKƏ
175

Atəşkəs rejimi 186 dəfə pozulub

19

May
10:44
HƏRB
122
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-05-2019 05:21



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru