Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 Dekabr

2015
09:31
164
Azərbaycanda gələn ildən uşaqlara yeni peyvənd vurulacaq

Azərbaycanda gələn ildən uşaqlar üçün yeni peyvənd tətbiq olunacaq.

Azərbaycan Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva bildirib ki, Azərbaycanın milli peyvənd təqviminə inaktivləşdirilmiş poliomielit əleyhinə vaksin əlavə edilməsi nəzərdə tutulur. Bu vaksin 6 ayı tamam olan uşaqlara bir dozada vurulacaq. Bu ilin sonunadək vaksinin Azərbaycana gətirilməsi, gələn ilin ilk aylarında vaksinin peyvənd təqviminə daxil edilməsi nəzərdə tutulur.

Hazırda uşaqlara 2, 3 və 4 aylıqda vurulan poliomielitə qarşı peyvəndə gəldikdə, A.Əliyeva deyib ki, bu, oral (damçı) poliomielit vaksinidir və onun istifadəsi davam edəcək: "Amma 3 valentli oral poliomielit vaksinindən gələn ilin aprel ayında iki valentli vaksinə keçid olacaq. Həmin oral poliomielit vaksinin də aparılması davam etdiriləcək. Uşaqlara bununla yanaşı, bir doza inaktivləşdirilmiş poliomielit vaksini də vurulacaq. Bu, dünyada poliomielitin qlobal ləğvi ilə əlaqədar tədricən oral poliomielit vaksininin istifadəsinin tam dayandırılması ilə əlaqədardır. Yəni, 3 valentli vaksindən 2 valentli vaksinə keçid olacaq. 2018-ci ildən sonra ola bilər ki, damçı oral poliomielit vaksinlər tamamilə yığışdırılsın və tamamilə inaktivləşdirilmiş poliomielit vaksininə, yəni inyeksiya vasitəsilə vurulan vaksinə keçid olsun".

A.Əliyeva əlavə edib ki, Azərbaycanda 1996-cı ildən sonra poliomielit xəstəliyi qeydə alınmır. 2002-ci ildə Azərbaycan poliomielitdən azad statuslu region adını alıb: "Ətraf mühitdə vəhşi poliovirus yoxdur. Oral poliomielit vaksini vəhşi poliovirusun ləğvinə yönəldilmiş bir vaksindir. Bütün dünyada 1999-cu ildən 2-ci tip poliovirus qeydə alınmır. Hazırda Əfqanıstan və Pakistanda bu virus var. Həmin ölkələrdə də bu virus tam ləğv olunduqdan sonra bütün dünya poliomielitin qlobal ləğvi haqqında danışacaq. Ondan sonra bu oral poliomielit vaksininin istifadəsinə ehtiyac qalmayacaq. Lakin virusun tam ləğvindən sonra da uşaqların polioviruslardan qorunması üçün inaktivləşdirilmiş poliomielit əleyhinə vaksin tətbiq ediləcək".

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Övladlarınıza verdiyiniz 8 zərərli qida

23

May
16:09
AİLƏ, SAĞLAMLIQ
105

Maksimum bal toplayanların sayı azalıb - SƏBƏB

23

May
15:40
ELM / TƏHSİL
1980

Abgül Süleymanovun həbsxanası dəyişdirildi

23

May
15:26
HÜQUQ,HADİSƏ
465

Görməni zəiflədən məhsullar

23

May
14:29
AİLƏ, SAĞLAMLIQ
129
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-05-2019 16:51



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru