Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 Dekabr

2015
16:51
58
Azərbaycanda bankirin etika və şərəf kodeksi hazırlanacaq

Azərbaycan bank sektorunda korporativ sosial məsuliyyətin stimullaşdırılması məqsədi ilə bankirin etika və şərəf kodeksinin hazırlanması, qəbulu və təbliği, ölkədə iqtisadi-maliyyə təhsilinin dəstəklənməsi işinin təşkili və digər bu qəbildən olan tədbirlərin həyata keçirilməsi planlaşdırılır.

Azərbaycan Banklar Assosiasiyasından (ABA) verilən xəbərə görə, bunlar hazırda üzərində tamamlanma işləri gedən “ABA-nın 2016-2020-ci illər üzrə Strateji Planı”nda müəyyən olunan hədəf və fəaliyyət istiqamətlərindən biridir.

"ABA bankların fəaliyyətinə dəstək verilməsi məsələsinə kompleks şəkildə yanaşır. Hazırda üzərində tamamlanma işləri gedən Strateji Planda banklara olan inamın artırılması, neqativ və yanlış informasiya axınının neytrallaşdırılması məqsədilə ictimaiyyətlə əlaqələrin, o cümlədən maarifləndirmə və məlumatlandırma işinin genişləndirilməsi, eyni zamanda maliyyə savadlılığının artırılması sahəsində faəliyyətin dərinləşdirilməsi istiqamətlərində hərtərəfli tədbirlərin həyata keçirilməsi də nəzərdə tutulub", - deyə Assosiasiyadan bildirilib.

ABA-nın hazırkı post-neft iqtisadiyyatı dövründə xüsusi önəm verdiyi fəaliyyət istiqamətlərindən biri də banklarda xərclərin optimallaşdırılması və əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması, o cümlədən əhalinin maliyyə xidmətlərinə çıxış imkanlarının genişləndirilməsiilə əlaqədar layihələrin reallaşdırılması üzərində işlərdir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

DİM maksimal balı açıqlayıb

27

May
10:51
ELM / TƏHSİL
30

Konqoda gəmi batıb: 30 ölü var

27

May
10:08
DÜNYA
85

Neft bahalaşıb

27

May
09:51
İQTİSADİYYAT
59

Musa Yaqub evə buraxıldı

27

May
09:48
DÜNYA
1007

Goranboyda dolu yağdı

27

May
09:39
HÜQUQ,HADİSƏ
75
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


27-05-2019 11:08



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru