Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 Dekabr

2015
22:04
114
İlham Şaban: Azərbaycan Türkiyəyə qaz ixracını artıra bilərmi?

Hazırda Türkiyə və Rusiya arasında siyasi gərginlik yaşanır və belə görünür ki, rəsmi Moskva vəziyyəti heç də yumşaltmaq niyyətində deyil. Elə Rusiya hökumətinin Türkiyəyə qarşı iqtisadi sanksiyalar tətbiq etməsi və 2016-cı il yanvarın 1-dən vizasız rejimi ləvğ etməsi ilə bağlı atdığı addımlar da buna dəlalət edən amillərdir.

Türkiyə ilə Rusiyanın qarşılıqlı ticarət dövriyyəsinin isə əsas hissəsini enerji daşıyıcıları təşkil edir. 2014-cü ildə Rusiya Türkiyəyə $24,8 mlrd-lıq mal və xammal ixrac edib və əvəzində Türkiyədən $6,6 mlrd-lıq idxalla qarşılaşıb.  Rusiya ixracının 64,2%-ni və ya $15,9 mlrd dəyərində olan hissəsini ENERJİ – xam neft, neft məhsulları və təbii qaz təşkil edib.  Təkcə qazın payı $10 mlrd-a yaxındır.

Qeyd etmək lazımdır ki, Rusiya qazının payı 2014-cü ildə Türkiyə bazarında 56% çıvarıda olub. Ötən il “Gazprom Export”  şirkəti Türkiyəyə 2 istiqamət üzrə 27.3 mlrd kub metr qaz ixdal edib. Ancaq bu ilin 9 ayında bu rəqəm bir qədər azalaraq 54% ətrafında qərarlaşıb.

Bəs Rusiya öz qazının Türkiyə bazarına da ixracını məhdudlaşdıra və ya dayandıra bilərmi?

Əvvəla ondan başlayaq ki, belə bir addım gəliri əsasən xammaldan formalaşan Rusiya üçün daha ağır fəsadlara gətirib çıxarardı. İkincisi, “Gazprom Export” şirkətinin gəlirlərinin hazırda 20%-ə yaxını  Türkiyə bazarı hesabına formalaşır. Bundan imtina etmək və ya belə gəlirləri məhdudlaşdırmaq yaxın gələcəkdə.Rusiya qaz monopoliyasının özü üçün böyük maliyyə riskləri ilə üzləşmək deməkdir.

Ancaq Türkiyə hökuməti artıq Rusiyadan enerji asılılığı azaltmaq haqda bəyanatlar səsləndirir və bunları heç də siyasi xarakterli saymaq olmaz. Ona görə ki, həmin bəyənatlar əslində bu günkü yaranmış siyasi vəziyyətlə həmahəng səslənsə də, yaxın və orta perspektivə hesablanmış bir mesajlardır.  Onlar heç də populist xarakterli çıxışlar deyil, reallığa əsaslanan fikirlərdir.

Birinci məsələ, Azərbaycan hesabına Türkiyə qaza olan tələbatını hansı səviyyədə ödəyə bilər? Hazırda “Şahdəniz-1” layihəsi çərçivəsində Türkiyənin daxili bazarına təqribən 5,7-5,8 mlrd kub metr Azərbaycan qazı daxil olur. Gömrük statistikasında bu rəqəmlərdə müəyyən fərqlər ola bilər, çünki Bakı-Tbilisi-Ceyhan boru kəmərinin nasos stansiyaları üçün də ildə təqribən 250-300 mln kub metr təbii qaz alınır, ancaq bu qaz sərhədi keçsə də, yerli bazara daxil olmur BTC Co.-nun sərəncamında qalır. Gələn ildən başlayaraq   “Şahdəniz-1” layihəsi çərçivəsində Türkiyəyə verilən qazı 6,5 mlrd kub metrə qədər artırmaq olar.  Bunun üçün konsorsiumun imkanları var.

İkinci məsələ isə onunla bağlıdır ki, Azərbaycanın əsas ixrac qaz TANAP kəməri qrafikə uyğun olaraq Türkiyə ərazisində 2018-ci ilin iyununda istismara hazır olmalıdır. Ancaq TANAP Gürcüstan-Türkiyə sərhədindən Türkiyə-Yunanıstan sərhədinə qədər inşa edilməyəcək. Onun ikl etapı Türkiyənin qərbində olan Əskişəhər yaşayış məntəqəsində dayancaq. TANAP-ın ümumi uzunluğu 1800 kilometrdir, Əskişəhərə qədər olan hissə isə 1350 km-dir. Bunun səbəbi ondan ibarətdir ki, Azərbaycan qazını Avropaya daşıyacaq TAP kəməri rəsmi Bakıdan asılı olmayan səbəblərdən 2020-ci ilin IV rübündə istifadəyə berilməlidir. Ona görə də TANAP-ın son hissəsinin vaxtından əvvəl tikilməsinə də ehtiyac duyulmur.

“Şahdəniz-2” müqaviləsinin şərtlərinə görə, Türkiyə bu layihədən ildə 6 mlrd kub metr qaz ala bilər öz ehtiyacları üçün. Ancaq “Şahdəniz-2” layihəsi çərçivəsində hasilat infrastrukturu elə 2018-ci ilin ortasında tam hazır vəziyyətdə olmalıdır və ilk hasilat vaxtı dəyişməyib. Yəni Türkiyə TANAP vasitəsilə 2018-ci ilin ikinci yarısından başlayaraq həm özü üçün nəzərdə tutulmuş həcmləri, həm də  əlavə həcmləri qəbul edə bilər . Bu, konsorsium iştirakçıları üçün də əlverişli olardı. Çünki onlar nə qədər tez və nə qədər çox qaz satışına başlasalar, bir o qədər də tez öz kapitallarının geri qayıtmasını (çəkdikləri xərclərin ödənilməsini) əldə etmiş olarlar.

Sual oluna bilər ki, bəs TAP işə düşdükdən sonra Türkiyənin vəziyyəti necə ola bilər? Burada artıq elə bir ciddi problem yaşanmaz. Çünki Türkiyə tərəfinin özünün də proqnoz etdiyi kimi 2019-2020-ci illərə Şimali İraqdan təbii qaz idxalı məsələsi həllini tapmalıdır. Bu məsələdə İraq Kürdüstanı Muxtariyyatı rəhbərliyi də maraqlı olduğunu bəyan edib və indiyə qədər işlənilməyən qaz ehtiyatlarının ilk olaraq məhz Türkiyə bazarına çıxarılmasının iqtisadi səmərəsindən də danışıb. Əəvvəla, buradakı qaz yataqlarının işlənməsi üçün böyük kapital qoyuluşu tələb edilmir (bir çoxu səmt qazıdır və neft quyuları üzərində sadəcə yandırılır), ikincisi, Türkiyəyə çəkiləcək qaz kəməri də kapitalyönümlü layihələr sırasında deyil və ildə 10 milyard kubmetr qazın ixracı real məsələdir.

Məhz bu həcm qaz da “Şahdəniz-2” layihəsindən 2021-ci ildən Türkiyə bazarından çıxarılıb Avropaya yönəldilərdi və onun yerini İraq qazı tuta bilərdi.

Nəticə etibarı ilə Türkiyə 4-5 il sonra özünün qaz bazarının asılılığını kifayət qədər Rusiyadan azaltmağa nail olmaq imkanı əldə edər və onun indiki 55% səviyyəsini 33%-dən çox etməzdi. Bu isə Türkiyənin enerji təhlükəsizliyi yönümündə atmış olduğu böyük bir addım olardı.

İlham Şaban, “Caspian Barrel” Neft Araşdırmaları Mərkəzinin rəhbəri

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti ucuzlaşıb

21

May
09:30
İQTİSADİYYAT
132

Bu təyyarə bir daha uçmayacaq

21

May
09:28
DÜNYA
34

AMB-nin valyuta məzənnələri - SİYAHI

21

May
09:23
İQTİSADİYYAT
22

Naxçıvan əhalisinin sayı artıb

20

May
22:40
ÖLKƏ
102

Təhsil Nazirliyindən ibrətamiz videoçarx

20

May
17:38
ELM / TƏHSİL
1384
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-05-2019 09:34



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru