Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 Dekabr

2015
21:10
298
Azərbaycanın od tutub yanan qiymətləri

Azərbaycanda Yeni il bayramı və Həmrəylik Günü yaxınlaşdıqca insanlar istirahət günlərini necə təşkil edəcəklərinə dair planlar qurmağa başlayır.

Bayram münasibəti ilə Azərbaycanda 5 gün iş olmayacaq. 31 dekabrda Həmrəylik Günü, 1-2 yanvar isə Yeni il ilə əlaqədar qeyri-iş günü olacaq. Yanvarın 2-si şənbə gününə təsadüf etdiyi üçün, müvafiq qanunvericiliyə əsasən, növbəti həftənin ilk günü, yəni 4 yanvar tarixi də qeyri-iş günü olacaq.

Bayram günlərini hərə öz büdcəsinə uyğun keçirmək istəyir. Vətəndaşların və Azərbaycana gələn turistlərin normal istirahətinin təşkili üçün hər il müəyyən işlər görülür. Amma Azərbaycana gəlmək üçün müəyyən viza maneələri və ölkənin istirahət obyektlərində yaşanan mövsümü bahalaşmalar qış turizminin inkişafına problemlər yaradır. 

Mədəniyyət və Turizm Nazirliyi tərəfindən gətirilən rəsmi statistikaya görə, iyunun 1-dən avqustun 31-dək Azərbaycanın şimal, şimal-qərb, qərb və cənub bölgələrində fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli obyektlərində istirahət edən turistlərin sayı ümumilikdə 608 min 233 nəfər təşkil edib. Ümumiyyətlə bu il ölkəmizə gələn turistlərin sayında azalma qeydə alınıb. Bunu Mədəniyyət və Turizm Nazirliyinin açıqladığı son rəqəmlərdən də görmək olar. Məsələn, əgər 2014-cü ildə ölkəmizə gələn turistlərin sayı 1 milyon 100 min nəfərə yaxın idisə, bu il bu rəqəm bir qədər aşağıdır.

Hazırda isə yeni ilin yaxınlaşması və qış mövsümü ilə əlaqədar turizm sektoru yenidən canlanır. Hər mövsüm olduğu kimi xarici və yerli turistləri ən çox maraqlandıran otellərdə və istirahət mərkəzlərində olan qiymətlərdir. 

Şahdağ qış-yay turizm kompleksində yerləşən oteldəki Yeni İl qiymətlərinə nəzər saldıqda qiymətlərin xarici ölkələrə nisbətən baha olduğunu görərik. Oteldə Yeni İllə bağlı təşkil ediləcək bayram şənliyində iştirak 170 AZN-ə başa gələcək. Əylənib şəllənəndən sonra isə yorğun qonaqlar oteldə gecələmək istəsələr səhər yeməyi daxil iki nəfərlik otağa görə azı 250 AZN ödəməlidirlər. Bununla yanaşı oteldə minimal olaraq 4 gecə qalmaq şərtdir.

Şahdağ qış-yay turizm kompleksi

Şamaxıda yerləşən oteldə yeni ili qarşılamaq istəyənlər isə bir gecə üçün 399 manat ödəməlidirlər. 

Qiymətlərdən belə çıxır ki, bizim ölkədə yerləşən otellər və qış turizmi obyektləri Avstriya və İsveçrədə yerləşən ənənəvi xizək kurortlarından daha bahadır.

Avstriyada yerləşən eyni seqmentdən olan otellər turistlərə otaqları gecəsi 109 manata təklif edirlər. İsveçrədə isə yüksək səviyyədə xidmət təklif edən oteli gecəsi 84 manata da tapmaq olar.

Avstriyada Hotel Rosengarten oteli

Şamaxı və İsveçrənin məhşur Qrindelvald xizək kurortuna 4 günlük turun qymətləri 

Amma həmyerlilərimizin bir çoxu hər bayram olduğu kimi bu dəfə də daha çox Gürcüstana üz tuturlar. Yay aylarından fərqli olaraq sadəcə istiqamət dəyişib - Batumi əvəzinə məşhur dağ-xizək kurortu Bakuriani.

Azərbaycanda turizmin inkişafını zəiflədən amilin məhz qiymətlərlə bağlı olması gün kimi aydındır. 

“EC Group” turizm şirkətinin direktoru Elxan Vəliyev də belə hesab edir. ANS PRESS-ə açıqlamasında Vəliyev ilk növbədə qiymətlərin aşağı salınmasının vacib olduğunu bildirib. 

"Ölkədə baş verən son devalivasiya turizm sektoruna da təsir etdi. Hər hansı turizm şirkəti Azərbaycana devalivasiyaya qədər ucuz qiymətə məhsul gətirirdisə, hazırda müəyyən bahalaşmalar baş verib. Əgər ucuzlaşma olarsa istirahət məqsədi ilə Azərbaycana gələnlərin sayı artar. Həm də yerli turistlər xarici ölkələri deyil, Azərbaycanın bölgələrini seçərlər”.

Elxan Vəliyev - “EC Group” turizm şirkətinin drektoru, turizm üzrə ekspert

Ekspertin sözlərinə görə, turizmi inkişaf etdirmək üçün qiymətin endirilməsindən başqa hava limanlarının sayı artırılmalı, turizm şirkətləri dövlət dəstəyi olmadan da inkşaf sürətini artırmalı, beynəlxalq turizm sərgilərində daha çox istirak edilməli, turizm sahəsində bayram abu – havası yaradılmalı, həmçinin turistlərə müəyyən mövsümü, tibbi və ticari güzəştlər edilməlidir. 

Neftin qiymətinin kəskin ucuzlaşması ölkələrin diqqətini qeyri-neft sektoruna cəlb edir. Bu tendensiya Azərbaycandan da yan keçmir. Odur ki, ən gəlirli sahələrdən biri olan turizmi inkişaf etdirmək üçün təkcə otellər və restoranlar deyil viza problemlərini də nəzərə almalıyıq. Ölkəmizə turist kimi səfərə gələn xarici ölkə vətəndəşlarının üzləşdiyi ən böyük problemlərdən biri məhz budur. Viza siyasəti xəritəmizə nəzər saldıqda görürük ki, Azərbaycan 11 ölkənin yəni:

1. Rusiya 

2. Gürcüstan

3. Belarus

4. Moldova

5. Ukrayna

6. Tacikistan

7. Qırğızıstan

8. Qazaxıstan

9. Özbəkistan

10. Monqolustan 

11. Çin vətəndaşlarını çıxmaq şərti ilə digər ölkələrin vətəndaşlarından viza və diplomatik passportlar tələb edir. 

Azərbaycanın viza siyasəti xəritəsi 

Bir çox dövlətlər ölkəyə turist cəlb etmək üçün vizalara mövsümü güzəştlər tətbiq edir. Hətta bir müddət əvvəl Monteneqro və Xorvatiya kimi ölkələr Azərbaycan vətəndaşları üçün mövsümü viza güzəştləri tətbiq edib. Azərbaycandan Xorvatiyaya xüsusi turistik təyyarə reysləri təşkil edilirdi. 

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bu təcrübənin Azərbaycanda tətbiq olunmadığını bildirdi. Hikmət Haciyev açıqlamasında ölkəmizə qəlmək istəyənlər üçün vizalarla bağlı mövsümü sadələşdirilmələrin həyata keçirilmədiyini bildirib. “Amma ölkəmizdə turizmin inkişafı ilə əlaqədar elektron viza sisteminin sadələşdirilməsi aparılır. Artıq elektron viza sistemi vasitəsi ilə Azərbaycana turizm məqsədi ilə gəlmək istəyən əcnəbi vətəndaşlar elektron qaydada 5 gün ərzində vizalarını ala bilərlər”. 

Hikmət Hacıyev - Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri 

Hazırda regionda iqtisadi və siyasi proseslərə nəzər saldıqda Azərbaycanın turizm sahəsində şansının günü –gündən artdığını görmək olar. Misirdə, Fransada baş verən terror aktları və həmçinin Türkiyə və Rusiya arasında kı gərginliklər ölkəyə turist axınını artıra bilər.

Rusiya turoperatorları Bakı-Dubaydır deyib çoxsaylı rus turistlərinə Türkiyə və Misir əvəzinə Azərbaycana turlar təklif etməyə hazırdılar. Amma istər yay istərsə də qış da tətbiq edilən qiymətlər Azərbaycana turist axınının artmayacağından xəbər verir. Ən acınacaqlı məqam isə ölkəmizə bir dəfə gələn turistin gələcəkdə bura dönməməsidir. 

Vəziyyət belə davam etsə 2016-cı ildə də Azərbaycana gələn turistlərin sayında artımın müşahidə olunmayağını indidən proqnozlaşdırmaq olar. 

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Şəkidən ona ana fəryad edir - VİDEO

21

May
08:36
HÜQUQ,HADİSƏ
3

Naxçıvan əhalisinin sayı artıb

20

May
22:40
ÖLKƏ
94

Təhsil Nazirliyindən ibrətamiz videoçarx

20

May
17:38
ELM / TƏHSİL
1352
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-05-2019 08:45



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru