Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 Dekabr

2015
17:35
Anar Məmmədovun jurnalları bağlandı - FOTO

“Garant Holding” şirkətlər qrupunun rəhbəri, nəqliyyat naziri Ziya Məmmədovun oğlu, Amerika Azərbaycan Alyansının rəhbəri Anar Məmmədovun təsis etdiyi jurnal “National Geographic Azerbaijan” fəaliyyətini dayandırıb. 

Jurnalın işçilərinə artıq bu barədə məlumat verilib. Bildirilib ki, jurnal bundan sonra nəşr olunmayacaq. Həmçinin, işçilərə özlərinə yeni iş yeri tapmaları tövsiyə olunub. İşçilər artıq bu aydan etibarən ofisə getmirlər. Aldığımız məlumata görə, jurnalın bir neçə nömrəsi əvvəlcədən hazırlanıb və nömrələri nəşr olunub satışa buraxıldıqdan sonra redaksiyanın fəaliyyətinə son veriləcək. 

 

Başqa bir məlumata görə, A.Məmmədovun azyaşlı oxucular üçün nəzərdə tutulan “National Geographic Azerbaijan Kids” jurnalı da artıq fəaliyyətini dayandırıb. Jurnalların bağlanmasına səbəb kimi isə maliyyə problemi göstərilir. 

 Məsələ ilə bağlı aznews.az-ın əməkdaşı “Garant Media Holding”in İdarə Heyətinin sədri Elnur Baimovla əlaqə saxlayıb. Lakin o məsələlərlə bağlı hər-hansı şərh vermək istəmədiyini bildirib. 

Məlumat üçün bildirək ki, jurnalın son buraxılışı noyabr ayında dərc olunub.

Xatırladaq ki, ABŞ-ın Milli Coğrafiya Cəmiyyətinin məşhur “National Geographic”in Azərbaycan dilində nəşr olunması ilə bağlı ötən ilin mart ayında “Garant Media Holdinq” şirkəti ilə ABŞ-ın Milli Coğrafiya Cəmiyyəti (The National Geographic Society) müqavilə imzalanıb.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


10-12-2018 04:52



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com