Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 Dekabr

2015
14:56
213
Qarabağ Azadlıq Təşkilatı Nardarana işıq və qazın verilməsini tələb etdi

Qarabağ Azadlıq Təşkilatı kimlərə görə isə Nardaran sakinlərinin cəzalandırılmasını, qəsəbəyə bu günə qədər işıq və qazın verilməməsini qətiyyətlə pisləyir. Bir qrupun qanun pozuntularına, qanunsuz hərəkətlərinə görə minlərlə qəsəbə sakini, o cümlədən, uşaqlar, qadınlar, qocalar əziyyət çəkməli deyil. Hesab edirik ki, bu vəziyyətdən, xüsusilə bu soyuq havalarda insanların bu vəziyyətdə saxlanılmasından dövlət başçısının məlumatı yoxdur, ona düzgün məlumat verilməyib. Çox güman ki, vəziyyətin bu hala çatdırılması məmur özbaşınalığının, bəlkə də həddindən artıq “xidmət” göstərmək istəyinin nəticəsidir.

Xüsusi olaraq qeyd etməliyik ki, Nardaran sakinləri Qarabağ müharibəsində fəal iştirak etmiş, onlarla şəhid vermişlər. Qəsəbənin ağsaqqalları daim cəbhə bölgəsində olmuş, əsgərlərə mənəvi və maddi dəstək vermişlər. Onlar bu gün də Qarabağ Azadlıq Təşkilatının sıralarında mübarizələrini davam etdirirlər. Bu insanlara qarşı diqqətli olmaq gərəkdir.

Hüquq müdafiəçiləri də məsələyə bu qədər susqun qalmamalıdır. Hesab edirik ki, hüquq müdafiəçiləri monitorinq qrupu yaratmalı, qəsəbədə insan haqlarının vəziyyəti ilə bağlı monitorinq aparmalıdırlar. İstənilən bir şəxsin, hətta hansısa erməninin haqqının cüzi şəkildə pozulmasına dərhal reaksiya verən hüquq müdafiəçilərimizin minlərlə nardaranlının işıqsız, qazsız qalmasına, digər təzyiqlərə məruz qalmasına bu cür biganəliyi başa düşülən deyil.

Biz hesab edirik ki, dövlət başçısı bu məsələyə müdaxilə etməli, minlərlə insanın ağır vəziyyətdə qalmasına razı olmamalı, vəziyyətdən çıxış yolunun tapılması üçün tapşırıqlarını verməlidir.

Biz öz növbəmizdə bildiririk ki, qəsəbəyə təcili olaraq işıq və qazın verilməsi bərpa olunmasa, bir qrup QAT üzvü Nardarana gedərək orada yerli sakinlərlə birlikdə soyuq evlərdə yaşamağa başlayacaq, buna da imkan verməsələr, bizi Nardarana buraxmasalar, öz ofisimizdə aclıq aksiyasına başlayacağıq.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Axtarışda olan 28 nəfər saxlanıldı

21

May
12:33
HÜQUQ,HADİSƏ
28

Valideynlərə XƏBƏRDARLIQ

21

May
11:50
AİLƏ, SAĞLAMLIQ
111

Ağdaşda 1 tona yaxın narkotik məhv edildi

21

May
11:22
HÜQUQ,HADİSƏ
1857
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-05-2019 12:34



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru