Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 Dekabr

2015
10:24
Bakı və ətraf qəsəbələrdə elektrik enerjisi kəsilib - SƏBƏB

Dünən gecə Bakı və ətraf qəsəbələrdə elektrik enerjisinin verilişində yaranan problem tam aradan qaldırılıb.

Bunu “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin (ASC) mətbuat katibi Tanrıverdi Mustafayev deyib. Onun sözlərinə görə, elektrik enerjisinin verilməsində yaranan problemin səbəbi güclü külək və yağış olub.

T.Mustafayev qeyd edib ki, təmsil etdiyi qurum hava şəraiti ilə əlaqədar hazırda gücləndirilmiş iş rejimində çalışır və yarana biləcək problemləri dərhal aradan qaldırmaq üçün “Azərişıq” ASC-də operativ qrup yaradılıb: “Güclü külək elektrik xətlərinə ziyan vurmuşdu. Ağaclar xətlərin üzərinə aşıb və elektrik enerjisinin verilişi dayanmışdı. Operativ qrup tərəfindən xətlər dərhal bərpa edilib. Hazırda elektrik enerjisinin verilişində hər hansı problem yoxdur”.

O qeyd edib ki, “Azərişıq” ASC hətta Azərbaycanın dağlıq rayonlarında belə elektrik enerjisinin verilişində yarana biləcək problemlərin qarşısını almağa qadirdir: “Bunun üçün “Azərişıq” ASC dağlıq ərazilərə getmək üçün avtomobil mexanizmlər alıb. Dağlıq ərazilərdə hava şəraiti kəskin pis olanda belə bizim bu avtomobillərlə əraziyə tez çatıb problemi aradan qaldıracağıq”.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
14927

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
13577

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
14975

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
14599

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
19950

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
14464

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
14582
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


07-08-2020 15:33





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru