Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 Dekabr

2015
16:00
115
Qarabağa qeyri-qanuni səfər etmiş Sterliqov istintaqa ifadə verib

Dağlıq Qarabağa qeyri-qanuni səfər etmiş biznesmen German Sterliqov Rusiya İstintaq Komitəsində ifadə verib.

 

"İnterfaks"ın məlumatına görə, G. Sterliqov bildirib ki, müstəntiqlərin verdiyi suallar əsasən Azərbaycan tərəfinin irəli sürdüyü ittihamlar və onun Bakıya təhvil verilməsi ilə bağlı olub.

 

“Müstəntiqlər mənə dedilər ki, Rusiya öz vətəndaşlarını heç bir ölkəyə təhvil vermir və ekstradisiyam barədə söhbət gedə bilməz”, - deyə o vurğulayıb.

 

Xatırladaq ki, Azərbaycan G. Sterliqovu bu ilin iyulun 28-də İnterpol xətti ilə axtarışa verib. Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində “German Sterliqov Şirkətlər Qrupu”nun Direktorlar Şurasının rəhbəri G. Sterliqov və digərlərinin Azərbaycanın dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və nəzarət-buraxılış məntəqələrindən kənarda qanunsuz keçərək Ermənistan Silahlı Qüvvələri tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərinə gəlmələri və dövlət əleyhinə yönələn açıq çağırışlar etmə əməlləri üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanılıb. İttiham üçün əsas verən kifayət qədər sübutlar toplanıldığından 28 iyul 2015-ci il tarixdə G. Sterliqov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2 və 318.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilərək beynəlxalq axtarışa verilib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"Qalatasaray" ilk transferini etdi

21

May
13:00
İDMAN
37

Babək prospektində yol çökdü - FOTO

21

May
12:51
HÜQUQ,HADİSƏ
740

Bu rüsumlar artırılır - SİYAHI

21

May
12:41
HÜQUQ,HADİSƏ
46

Axtarışda olan 28 nəfər saxlanıldı

21

May
12:33
HÜQUQ,HADİSƏ
34

Valideynlərə XƏBƏRDARLIQ

21

May
11:50
AİLƏ, SAĞLAMLIQ
115

Ağdaşda 1 tona yaxın narkotik məhv edildi

21

May
11:22
HÜQUQ,HADİSƏ
1861
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-05-2019 13:12



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru