Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 Dekabr

2015
11:39
437
Azərbaycanda dini mərasimlərin keçirilməsi qaydaları dəyişdirilir

Azərbaycanda dini ayinlər və mərasimlərin keçirilməsi, dini şüarlar və dini bayraqların asılması ilə bağlı qaydalar sərtləşdirilir.

Bu gün Milli Məclisdə Hüquq siyasəti və dövlət quruculuğu, Dini qurumlar və ictimai birliklər komitəsinin birgə iclasında “Dini etiqad azadlığı haqqında ” qanuna dəyişiklik müzakirəyə çıxarılacaq.

Dəyişiklik təklifinə əsasən qanunda dini ayinlər və mərasimlərlə bağlı 21-ci maddənin adı (Maddə 21. Dini ayinlər və mərasimlər) dəyişdirilir. Bu maddə “Dini ayinlər, mərasimlər və atributlar” adlanacaq. Qüvvədə olan qanuna əsasən indiyə qədər islam dininə aid ayin və mərasimlərin aparılması yalnız Azərbaycan Respublikasında təhsil almış Azərbaycan Respublikasının vətəndaşları tərəfindən həyata keçirilə bilərdi. Dəyişikliyə əsasən isə islam dininə aid olan ayin və mərasimlər yalnız Azərbaycan Respublikasının vətəndaşları tərəfindən həyata keçirilə bilər. Xaricdə dini təhsil alan Azərbaycan vətəndaşlarının  islam dininə aid ayin və mərasimləri aparması qadağandır.

Qanunun 21-ci maddəsinə yeni bir əlavə də ediləcək. Bu əlavəyə əsasən ibadətgahlardan kənarda, ictimai yerlərdə dini şüarların və digər dini atributların (şəxsin üstünə gəzdirdiyi dini atributlar istisna olmaqla) nümayiş etdirilməsi qadağandır. Dini bayraqlar yalnız ibadətgahlar, dini mərkəz və idarələrin üzərində yerləşdirilə bilər.

Qeyd edək ki, “Dini etiqad azadlığı haqqında ” qanuna dəyişikliklə əlaqədar Cinayət Məcəlləsinə də müvafiq əlavə (168-1 maddə) ediləcək. İslam dininə aid ayin və mərasimlərin xaricdə dini təhsil alan Azərbaycan Respublikasının vətəndaşı tərəfindən aparılmasına görə 1000 manatdan 5 min manata qədər cərimə və ya 1 ilədək müddətdə azadlıqdan məhrumetmə cəzası tətbiq olunacaq.

Qanun layihəsi bu gün komitələrin birgə iclasında müzakirəyə çıxarılacaq. 

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

DİM maksimal balı açıqlayıb

27

May
10:51
ELM / TƏHSİL
57

Konqoda gəmi batıb: 30 ölü var

27

May
10:08
DÜNYA
90

Neft bahalaşıb

27

May
09:51
İQTİSADİYYAT
64
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


27-05-2019 12:09



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru