Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 Dekabr

2015
10:07
Azərbaycan Əfqanıstan ordusuna yardım edəcək

Azərbaycan Əfqanıstan Milli Ordusu Etimad Fonduna 2 milyon avro məbləğində yardım edəcək.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Brüsseldə NATO Qətiyyətli Dəstək Nazirlər toplantısında çıxışı zamanı deyib.

Nazir qeyd edib ki, bu gün Əfqanıstanda problemlər qalmaqdadır: "Biz əfqan dostlarımızla daha çox işlər görməliyik. Azərbaycan bu məqsədlə öz səylərini davam etdirmək və qoşun, multimodal tranzit, təlim və maliyyə yardımı təminatı ilə Qətiyyətli Dəstək Missiyasına (QDM) əhəmiyyətli dərəcədə töhfə vermək əzmindədir. Bu baxımdan, mən ölkəmin QDM-ə eyni sayda heyətdən ibarət qoşunla verdiyi töhfəsinin 2016-cı il ərzində də davam etdiriləcəyini bir daha bildirirəm".

Onun sözlərinə görə, əlavə olaraq, Azərbaycan Əfqanıstan Milli Ordusu Etimad Fonduna artıq 1 milyon avro ianə şəklində yardım edib və 2017-ci ilin sonuna qədər Əfqanıstan Milli Ordusu Etimad Fonduna 2 milyon avro töhfə verəcək. İlk tranş artıq NATO/Əfqanıstan Milli Ordusu Etimad Fonduna köçürülüb.

E.Məmmədyarov əlavə edib: "Bundan başqa, mən QDM-in tamamlanmasından sonra NATO-nun gücləndirilmiş Davamlı Tərəfdaşlıq missiyasına qoşulmaq üzrə prinsipial razılığımızı vurğulamaq istərdim".

Nazir bildirib ki, Azərbaycanın Əfqanıstanın sabitliyinə töhfəsi NATO əməliyyatlarında iştirakdan genişdir: "Biz təhsil və təlim, infrastruktur və nəqliyyatın inkişafı, investisiyalar sahəsində və maliyyə yardımı vasitəsilə əməli töhfələrimizi artırmaqla, Əfqanıstanı öz-özünü təmin etmək məqsədilə tutduğu islahatlar yolunda dəstəkləyirik. Azərbaycan Əfqanıstanı Avropa ilə birləşdirəcək və bununla Əfqanıstanın davamlı gələcəyi üçün imkanlar açacaq Yeni İpək Yolunun mühüm hissəsidir".

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"ASAN xidmət" işləməyəcək

04

İyun
16:21
ÖLKƏ
231

Buraxılış imtahanlarının vaxtı dəyişdirildi

04

İyun
15:46
ELM / TƏHSİL
265

Lukaşenko yeni hökuməti təsdiqlədi

04

İyun
14:38
DÜNYA
212

Polis suda boğulan azyaşlını xilas etdi

04

İyun
13:41
HÜQUQ,HADİSƏ
256

Sabah Bakıda 29 dərəcə isti olacaq

04

İyun
13:34
ÖLKƏ
206

Sabahdan iş saatının vaxtı dəyişir

04

İyun
13:09
ÖLKƏ
526
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


05-06-2020 00:30





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru