Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

01 Dekabr

2015
14:29
733
Bu gündən sürücülərin `qara günlər`i başlayır

Sürücülər bəzi qayda pozuntularına görə 3000-6000 manatlıq cərimədən 8 ilədək müddətə azadlıqdan məhrum etməyə qədər cəzalana bilərlər.

Bu gündən etibarən ictimai nəqliyyatdan istifadə ilə bağlı qaydaların pozulmasına görə Milli Məclisdə İnzibati Xətalar Məcəlləsinə və Cinayət Məcəlləsinə məsuliyyətin sərtləşdirilməsi ilə bağlı edilən müvafiq dəyişikliklər qüvvəyə minib.

Yol-nəqliyyat məsələləri üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov bildirib ki, dəyişikliklər həm avtobus sahiblərinin - şirkətlərin, onların vəzifəli şəxslərinin, fərdi sahibkarların, həm də avtobus sürücülərinin məsuliyyətini xeyli sərtləşdirir. Onun sözlərinə görə, bundan sonra sərnişin avtobuslarının və yük daşımalarını yerinə yetirən yük avtomobillərinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının, həmin avtonəqliyyat vasitələrinin sürücülərinin reysqabağı tibbi müayinəsinin təşkil edilməməsinə görə şirkətlər 2000 manatdan 2500 manatadək miqdarda, fərdi sahibkarlar və ya şirkətin məsul şəxsləri isə 500 manatdan 800  manatadək miqdarda cərimə ediləcəklər. Əvvəllər isə bu cərimələr yalnız tibbi müayinənin təşkil edilməməsinə görə müvafiq olaraq 150-200 və 40-50 manat məbləğində olurdu.

Digər məsələ avtobusu idarə etmək hüququ olmadan və ya sərxoş halda sərnişin daşınması ilə məşğul olan sürücülərlə bağlıdır: "İcazəsi olmadan avtobus sürən şəxslər birbaşa olaraq 15 gündən 1 ayadək müddətə inzibati həbs olunacaq. Əvvəllər isə buna görə sürücü sadəcə 100 manat cərimə olunurdu. Avtobusu idarə etmək hüququ olan şəxs tərəfindən onu sərxoş vəziyyətdə sərnişin daşımaqla idarə edən şəxs isə nəqliyyat vasitələrini idarə etmə hüququ iki il müddətinə məhdudlaşdırılmaqla 15 gündən 1 ayadək müddətə inzibati həbs olunacaq. Əvvəllər buna görə 300 manat cərimə və ya 6 aydan 1 ilədək müddətə nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması tətbiq olunurdu".

Ekspertin sözlərinə görə, avtobusun sərnişin daşınması üçün onu idarə etmək hüququ olmayan şəxsə verilməsinə görə fiziki şəxslər, yəni avtobusun rəsmi sürücüsü 200 manat miqdarında, vəzifəli şəxslər, yəni fərdi sahibkarlar və ya şirkətin məsul şəxsləri 500 manat miqdarında, hüquqi şəxslər isə 3000 manat miqdarında cərimə ediləcəklər. Dəyişikliklər qüvvəyə minənədək buna görə cərimə müvafiq olaraq 60, 200 və 2000 manat idi.

Hüquqşünas qeyd edib ki, dəyişikliklərdən sonra avtobusun sərnişin daşınması üçün onu idarə etmək hüququ olmayan  və ya sərxoş vəziyyətdə olan, yaxud həm sərxoş olan, həm də onu idarə etmək hüququ olmayan şəxsə verilməsindən sonra baş vermiş qəza nəticəsində zərərçəkənə fiziki zərər və ya maddi ziyan dəydikdə avtobus sahibi olan şirkət və ya fərdi sahibkar, yaxud şirkətin məsul şəxsi külli miqdarda cərimə olunacaqlar:

"Məsələn, avtobusun sərnişin daşınması üçün onu idarə etmək hüququ olmayan və sərxoş olan şəxsə verilməsindən sonra belə qəza baş verərsə, avtobusun sahibi olan fərdi sahibkar 2500 manat miqdarında cərimə ediləcək, yaxud 1 aydan 2 ayadək müddətə inzibati həbs olunacaq, hüquqi şəxslər isə 15000 manat miqdarında cərimə ediləcəklər".

Ə.Hüseynov əlavə edib ki, bu gündən etibarən Cinayət Məcəlləsinə yeni daxil edilən 265-1-ci maddə də qüvvəyə minir: "Bu maddəyə əsasən, avtobusu idarə etmək hüququ olmayan şəxsin avtobusu idarə etməyə buraxılması, yaxud avtobus sürücülərinin reysqabağı tibbi müayinəsinin təşkil edilməməsi, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına, yaxud onun ölümünə səbəb olarsa, buna yol vermiş fərdi sahibkar, yaxud şirkətin məsul şəxsi cinayət məsuliyyətinə cəlb olunacaq. Məsuliyyətin dərəcəsi isə nəticədən asılı olaraq 3000-6000 manatadək miqdarda cərimədən başlamış 8 ilədək müddətə azadlıqdan məhrum etməyə qədərdir".

Qüvvəyə minən başqa bir yenilik isə ötüşmə təşkil edən avtoxuliqanlara aiddir: "Bundan sonra avtoxuliqanlıq hərəkətlərini aşkar surətdə iki və ya daha artıq nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışı təşkil edərək yolda müəyyən edilmiş hərəkət sürəti həddini 60 km/saatdan artıq aşmaqla törədənlər sürücülük hüququnu 2 il müddətinə itirməklə 2000-4000 manat miqdarda cərimə ediləcək və ya 1 aydan 2 ayadək müddətə inzibati həbs olunacaqlar".

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Rusiya gəmisi səhvən SOS siqnalı verib

22

Oktyabr
15:54
DÜNYA
41

Alma, çuğundur, kök qarışığının möcüzəvi faydası

22

Oktyabr
15:12
AİLƏ, SAĞLAMLIQ
301

İran səfirinin qızı Moskvada ölüb

22

Oktyabr
14:48
DÜNYA
135

Azərbaycanda yeni medal təsis edilib

22

Oktyabr
14:31
ÖLKƏ
60

Portağalın qiyməti bizdə niyə BAHADIR?

22

Oktyabr
14:01
İQTİSADİYYAT
123

MSK-ya yeni üzv təyin edilib

22

Oktyabr
12:53
ÖLKƏ
52
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-10-2019 22:48



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru