Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

01 Dekabr

2015
13:57
159
Azərbaycan ikinci peykini orbitə çıxaracaq

Azərbaycanın ikinci telekommunikasiya peykini geostasionar orbitə Fransanın "Arianespace" şirkəti çaxıracaq.  

Bunu Azərbaycanın rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib. 

Onun sözlərinə görə, bununla bağlı dekabrın 2-də Bakıda işə başlayacaq "Bakutel-2015" beynəlxalq sərgi-konfransı çərçivəsində sənədin imzalanacağı gözlənilir. 

Qeyd edək ki, "Azerspace-2/Intelsat 38" peykinin orbitə 2017-ci ildə çıxarılması nəzərdə tutulur. Yeni peykin xidmət zonasının Avropa, Asiya, Yaxın Şərq və Afrika ölkələrini əhatə edəcəyi qeyd olunur. 

Xatırladaq ki, Azərbaycanın ikinci peyk proqramının dəyəri 191,36 mln. ABŞ dolları təşkil edəcək. Bu vəsait “Azerspace-2/Intelsat 38” ikinci geostasionar peykin tikintisinə və yeni yerüstü peyk avadanlığının alınmasına sərf ediləcək.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

“Laçın”ın sahibinin oğluna hökm oxundu

23

May
16:52
HÜQUQ,HADİSƏ
22

Övladlarınıza verdiyiniz 8 zərərli qida

23

May
16:09
AİLƏ, SAĞLAMLIQ
107

Maksimum bal toplayanların sayı azalıb - SƏBƏB

23

May
15:40
ELM / TƏHSİL
1981

Abgül Süleymanovun həbsxanası dəyişdirildi

23

May
15:26
HÜQUQ,HADİSƏ
466

Görməni zəiflədən məhsullar

23

May
14:29
AİLƏ, SAĞLAMLIQ
130
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-05-2019 16:52



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru