Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

01 Dekabr

2015
11:52
142
Azercell-ə ilk dəfə azərbaycanlı rəhbərlik edəcək

Vahid Mürsəliyev dekabr 1-dən etibarən Azercell Telekom MMC-nin prezidenti vəzifəsinə təyin edilib. FaktXəbər-in verdiyi məlumata görə, bu barədə TeliaSonera şirkətinin Avrasiya regionu üzrə  rəhbəri Emil Nilson bildirib. Onun  sözlərinə görə, Azercell tarixində ilk dəfə olaraq şirkətin prezidenti vəzifəsinə azərbaycanlı təyin olunub. 

Qeyd edək ki, Vahid Mürsəliyev Azercell Telekom MMC-də 2005-ci ildən çalışır. 10 il ərzində Vahid Mürsəliyev şirkət prezidentinin Baş Müşaviri və Hüquq və İdarə İşləri Departamentinin direktoru da daxil olmaqla, yüksək rəhbər vəzifələri icra edib. 2000-2001-ci illərdə ABŞ-ın Case Western Reserve Universitetində Amerika Korporativ İdarəetmə sistemi üzrə elmi-tədqiqat işləri aparmışdır, bundan əlavə Biznesin İdarə Olunması  üzrə sertifikata malikdir.  O, eyni zamanda, Beynəlxalq Hüquqşünaslar Assosiasiyasının üzvü və Beynəlxalq Ekoenergetika Akademiyasının doktoru, həmçinin, Azərbaycan (indiki Bakı) Dövlət Universitetinin Hüquq fakültəsinin məzunudur.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Naxçıvan əhalisinin sayı artıb

20

May
22:40
ÖLKƏ
100

Təhsil Nazirliyindən ibrətamiz videoçarx

20

May
17:38
ELM / TƏHSİL
1356
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-05-2019 09:18



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru