Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 Noyabr

2015
15:15
222
BakuBus sürücüsü nəyə görə döyüldü? Şirkət rəsmisi açıqlama verdi

Ötən gecə "BakuBus"ın sürücüsü sərnişin tərəfindən döyülüb. Ciddi xəsarət alan 5 uşaq atası sürücü xəstəxanada əməliyyat olunub. Sərnişin isə tutularaq polis bölməsinə aparılıb.

FaktXəbər-in verdiyi məlumata görə, Bakubus-un mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova dünən şirkət sürücülərinin başına gələn olaydan danışıb. 

"İçəri şəhər metro stansiyasına çatmamış Şeyx Şamil küçəsində dayanacaqda Baku Bus-a məxsus avtobusumuz dayanır. Ardından bir qədər hərəkət etdikdən sonra işıqforda yaşıl işığın yanmağını bir neçə saniyəlik gözləməli olur və bu zaman bir xanım sərnişin qapıları açmağı xahiş edir. Sürücü dayanacaqdan kənar saxlamayacağını bildirir. Arxadan başqa bir sərnişin məsələyə müdaxilə edərək sürücüyə kobud ifadələr işlədərək, açmağını tələb edir. Sürücü bunun mümkün olmayacağını deyincə sərnişin sürücüyə yaxınlaşır. Növbə dəyişmək üçün sürücünün yanında olan Oqtay Novruzov adlı digər sürücü sərnişinlə sükan arxasında olan sürücünün mübahisəsinin qəzaya yol aça biləcəyindən ehtiyat edərək mübahisəyə müdaxilə edir və sərnişinə şirkət tərəfindən qoyulan qaydaları izah etməyə çalışır. Bu zaman sərnişin Oqtayı döyməyə başlayır. Hadisəni avtobusda mülki geyimdə olan polis nəfəri görərək sərnişinə müdaxilə edir və.. Nəticə. 5 uşaq atası, evinin bütün yükü çiyinlərində olan, bizimlə çalışdığı müddətdə həmişə yüksək mədəniyyət və peşəkarlıq nümayiş elətdirən Oqtay 1 saylı şəhər kliniki xəstəxanasında sabah ediləcək əməliyyata hazırlaşır..

Onunla bu gün görüşdük. Bir kəlmə artıq söz işlətmədi sərnişin haqqında. Dediyi tək söz: "mən müdaxilə etməsəydim sürücü qəza edəcəkdi, mənim canım heç, o qədər qadın, uşaq var idi avtobusda. Cavab qaytarmadım ki, bəlkə sakitləşər. Olmadı. Şükür Allaha qəzasız ötüşdük. Əsas odur insanlara heç nə olmadı.. " Qaydaları və işini icra edərək döyülən sürücü bedə dedi.. Təxminən bir neçə həftə əvvəl Oqtayla bağlı bir kamera görüntüsü izləmişdik. Pandusu açmaqla qalmamış, həm də özü avtobusdan düşərək yaşlı bir xanıma fiziki məhdudiyyətli övladı ilə bağlı kömək etmişdi.. Bu gün döyülüb. Niyə? Çünki hansısa cavan oğlan qayda pozmağını tələb edib, bununla qalmayıb təhqir edib. Və bu zaman sürücüyə mülki geyimli Azərbaycan polisi dəstək olub.

O polislərin qarşısında baş əyir və bütün sərnişinlərimizdən xahiş edirik: "Bu şəhərin bütün infrastrukturu yenilənir. Siz xidmət istədiniz-biz onun ən keyfiyyətlisini təqdim edirik. Siz qayda istədiniz-biz o qaydaları tətbiq edirik. Siz mədəni və humanist sürücü istədiniz-biz o sürücülərlə hər həftə təlim keçirik. Siz nə istədinizsə biz etdik. Bizim istəyimiz sadəcə qaydalara riayət etməyi tələb edərkən öz öhdəliyinizi də unutmamağınızdır. Bir sürücünün ailəsi və övladları bu gün onsuz gecələyəcək. Hər şey ola bilərdi. Ən pisini düşünək. O 5 uşağın və gözü yaşlı qadının gözünün içinə həmin sərnişin baxa biləcəkdimi? Bizim üçün tək vacib olan sərnişin məmnunluğu və təhlükəsizliyidir. Ancaq sürücü də bu ölkənin vətəndaşıdır və əməkdaşımız olaraq onun haqlarını müdafiə etmək borcumuzdur. P.S. Oqtay mən xəstəxanadan çıxanda güc bəla ilə tək bir cümlə deyə bildi: "Siz narahat olmayın, mən yaxşıyam, əgər qəza olsaydı və bu hadisə zamanı bir uşağın burnu qanasaydı mən özümü heç vaxt bağışlamazdım. Yaxşı ki, sürücünü müdaxiləyə qoymadım".

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"Azərsu" ASC-nin su boruları oğurlanıb

24

Avqust
14:23
ÖLKƏ
591

Günün qarşılaşmaları TV AFİŞA

24

Avqust
14:14
İDMAN
429

Hövsanda su çatışmazlığı: sakinlər etiraz edir

24

Avqust
14:10
HÜQUQ,HADİSƏ
444

Azərbaycan nefti ucuzlaşıb

24

Avqust
11:42
İQTİSADİYYAT
491

Xəzər dənizində zəlzələ olub

24

Avqust
10:33
HÜQUQ,HADİSƏ
520

Hirkan Milli Parkındakı yanğın tam söndürüldü

24

Avqust
10:10
HÜQUQ,HADİSƏ
494

Şagird sayı 20 nəfərdən az olan 290 məktəb var

23

Avqust
16:09
ELM / TƏHSİL
1092

Azərbaycanın xarici dövlət borcu açıqlanıb

23

Avqust
14:39
İQTİSADİYYAT
890
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-08-2019 08:43



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru