Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 Noyabr

2015
14:30
145
Azərbaycanın bəzi yerlərində sulu qar yağacaq

Dekabrın 1-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər və gündüz yarımadanın bəzi yerlərində çiskinli yağış yağacağı ehtimalı var.

 

Cənub-qərb küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən FaktXəbər-ə verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 7-10, gündüz 13-17, Bakıda gecə 7-9, gündüz 14-16 dərəcə isti olacaq.

 

Dekabrın 1-də Azərbaycanın bəzi rayonlarında yağış, dağlıq ərazilərdə sulu qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi gündüz arabir güclənəcək.

 

Havanın temperaturu aran rayonlarında gecə 2-7, gündüz 10-15, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 4-9 dərəcə isti olacaq.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

“Laçın”ın sahibinin oğluna hökm oxundu

23

May
16:52
HÜQUQ,HADİSƏ
24

Övladlarınıza verdiyiniz 8 zərərli qida

23

May
16:09
AİLƏ, SAĞLAMLIQ
107

Maksimum bal toplayanların sayı azalıb - SƏBƏB

23

May
15:40
ELM / TƏHSİL
1983

Abgül Süleymanovun həbsxanası dəyişdirildi

23

May
15:26
HÜQUQ,HADİSƏ
467

Görməni zəiflədən məhsullar

23

May
14:29
AİLƏ, SAĞLAMLIQ
130
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-05-2019 16:52



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru