Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 Noyabr

2015
20:58
Tovuzda polisinin saxlamaq istədiyi maşın onu vurdu: VƏZİYƏTİ AĞIRDIR

Tovuzda xidməti vəzifəsini həyata keçirən yol patrul xidməti inspektorunu avtomobil vurub.

Hadisə Tovuz-Əlibəyli avtomobil yolunun 6-cı kilometrliyində, Yuxarı Öysüzlü kəndi ərazisində qeydə alınıb.

Tovuz rayon Polis Şöbəsinin Yol Patrul Xidməti inspektoru, Tovuz şəhər sakini, 1968-ci il təvəllüdlü Elmar Xəlilov xidməti vəzifəsini həyata keçirərkən hərəkətdə olan, 10 RZ 996 dövlət nömrə nişanlı “VAZ-2107” markalı avtomobili saxlamaq istəsə də, sürücü rayonun Yuxarı Öysüzlü kənd sakini, 1990-cı il təvəllüdlü Bayram Qasımov maşınla polis inspektorunu vurub. Yaralı dərhal Tovuz mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Ona sol aşağı ətrafın travması diaqnozu qoyulub. Vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
3873

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
2795

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2237

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
1887
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


01-04-2020 08:03



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru