Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 Noyabr

2015
20:41
219
Azərbaycan derbisinin qalibi `Neftçi` oldu - FOTO

Noyabrın 29-da Topaz Premyer Liqasında 14-cü tur çərçivəsində daha bir oyun keçirilib.

FaktXəbər-in məlumatına görə, “Neftçi” doğma meydanda əzəli rəqibi “Qarabağ”ı qəbul edib. Rəqiblərin cari mövsümdəki ilk duelindən fərqli olaraq bu görüşdə “Neftçi” Azərbaycan çempionunu minimal hesabla məğlub edib - 1:0.

Bu, “ağ-qaralar”ın “Qarabağ” üzərində doqquz oyunluq fasilədən sonra ilk qələbəsidir. Bu məğlubiyyət, həmçinin “Qarabağ”ın cari mövsümdə ikinci uğursuzluğudur.

Yeni baş məşqçi Əsgər Abdullayevin rəhbərlik etdiyi flaqmana qələbə gətirən qolu 65-ci dəqiqədə Rəhman Hacıyev vurub. O, cərimə zərbəsindən topu doqquzluğa göndərərək hesabı açıb.

Beləliklə, hazırda Azərbaycan çempionu 32 xalla turnir cədvəlinə başçılıq edir. Paytaxt təmsilçisi isə xalını 19-a çatdıraraq altıncı sırada mövqeyini möhkəmləndirib.

Tura noyabrın 30-da keçiriləcək “Qəbələ” – “Rəvan” matçı ilə yekun vurulacaq.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

“Laçın”ın sahibinin oğluna hökm oxundu

23

May
16:52
HÜQUQ,HADİSƏ
54

Övladlarınıza verdiyiniz 8 zərərli qida

23

May
16:09
AİLƏ, SAĞLAMLIQ
128

Maksimum bal toplayanların sayı azalıb - SƏBƏB

23

May
15:40
ELM / TƏHSİL
2016

Abgül Süleymanovun həbsxanası dəyişdirildi

23

May
15:26
HÜQUQ,HADİSƏ
478

Görməni zəiflədən məhsullar

23

May
14:29
AİLƏ, SAĞLAMLIQ
145

Günün qarşılaşmaları TV AFİŞA

23

May
13:40
İDMAN
101
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-05-2019 17:28



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru